Rusiyanın “qətli”, qiyamətə qalan bir neçə gün... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın “qətli”, qiyamətə qalan bir neçə gün... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:23 27 Oktyabr 2016
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilə biləcəyi haqda bəyanatına münasibət bildirib. Suriyada ABŞ və Rusiya arasında mümkün görünən toqquşma İŞİD-in “paytaxt”ı sayılan Rakkada baş verə bilər. Dünya ABŞ-dakı prezident seçkilərində qeydə alına biləcək qanun pozuntularından danışır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu məsələdə ilk növbədə münaqişə tərəflərinin razılığa gəlməsinin vacibliyini diqqətə çatdırıb. M. Zaxarova güc tətbiqinin yolverilməz olduğunu da vurğulayıb. “Dağlıq Qarabağ münaqişəsində güc tətbiqi heç bir halda sülh prosesinin irəliləməsinə imkan yarada bilməz”, - deyə o, bildirib.

Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək hadisənin ildönümüdür. Düz 17 il əvvəl – 27 oktyabr 1999-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış irəliləyişin qarşısını almaq üçün bir qrup erməni terrorçusu Ermənistan parlamentini gülləbaran ediblər.

1998-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq vermişdi. “Mərhələli həll” variantı üzrə işğal altındakı ərazilər azad olunacaqdı. Lakin 1998-ci ilin 3 fevral tarixində “Qarabağ klanı”nın üzvləri olan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyanın təzyiqi ilə istefa verməyə məcbur edildi. Adıçəkilən şəxslər işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırdılar. 1998-ci ilin mart ayında Robert Koçaryan prezident postuna yiyələndi.

Bir il sonra – 1999-cu il oktyabrın 27-də Naira Unanyan və onun rəhbərlik etdiyi qrupun üzvləri parlamentin iclasına daxil olaraq, baş naziri, spikeri, vitse-spikeri və deputatları gülləbaran etdilər. Həmin vaxtdan başlayaraq, indiyə kimi Ermənistanın kriminal-avtoritar rejimi münaqişənin həll olunmaması üçün bütün vasitələrə əl atır.

Son vaxtlar mediasının gündəmində olan mövzulardan biri də ABŞ-da keçiriləcək prezident seçkilərində mümkün saxtakarlıqlardır. Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir. Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampın bəyanatları isə şübhələri daha da artırır.

Seçkilərə həftələr qalmış respublikaçı namizəd seçki prosesində yaşanan qanun pozuntuları barədə açıq şəkildə bəyanatlar səsləndirməyə başlayıb.

Demokratlar üçün tək üsul: Ağ Evin sahibini “dələduzlar” müəyyən edəcək

Dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca mümkün seçki saxtakarlıqları barədə iddialar daha güclənir.

Putin “qətl”in qarşısını necə alacaq?

ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgə strukturu” hesab edilən “Stratfor” Vladimir Putin dövründəki qüdrətin yeni pikinə əsaslanaraq Rusiyada mənfi ssenarini qabaqcadan xəbər verib.

Analitik mərkəz öz proqnozunda Rusiyanın dövri inkişafı üzrə şəxsi nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə, hər “dirçəliş”in ardınca “tənəzzül”ün gəlməsi labüd olur. “Stratfor” hesab edir ki, “Putin Rusiyası” hazırda transformasiya mərhələsinə daxil olub. Qeyd olunur ki, Moskva Rusiya sərhədlərində artan təzyiq və daxili problemlərin təsiri altında sağ qalmağa çalışır.

Putin “qətl”in qarşısını necə alacaq?

Bu nəzəriyyəyə görə, hər “dirçəliş”in ardınca “tənəzzül”ün gəlməsi labüd olur.

Putin yəhudi milyarderi və 16 yaşlı qızını “oğurladı”

Özbək əsilli Əlişir Usmanov kimi milyarderin (Rusiyanın üçüncü ən zəngin adamı –red.) İsveçrədə vergi ödəyicisi olması ilə milyonlarla dollar vergidən məhrum olan Rusiya bu itkinin hələlik yalnız bir hissəsini kompensasiya edə bilib.

Rusiya prezident Vladimir Putin Ukrayna sakini milyarder Eduard Şifrinə Rusiya vətəndaşlığı verib. Rusiya pasportunu həmçinin onun 16 yaşlı qızı Sofiya Roza alıb.

Qeyd edək ki, Şifrin Dnepropetrovskda doğulub. Moskvada ali təhsil alaraq texniki elmlər namizədi elmi dərəcəsini aldı. O, “Midland Group” şirkətinin həmtəsisçisidir. Onun fəaliyyət sahələrinə metallurgiya, gəmiçilik və kənd təsərrüfatı daxildir. Müxtəlif məlumatlara görə, Şifrinin sərvəti milyard dollardan çoxdur. Biznesmen 1999-cu ildən Ukrayna Yəhudi Konfederasiyasının həmsədri, 2002-ci ildən Avrasiya Yəhudi Konqresinin vitse-prezidentidir. O, həmçinin Ümumdünya Yəhudi Konqresinin vitse-prezidentidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə dünənki telefon söhbətinin detallarını açıqlayıb. Ərdoğan ABŞ prezidenti ilə Rakka əməliyyatı barədə danışdığını bildirib.

“Obama ilə uzun söhbətimiz oldu. Bildirdim ki, PYD və YPG kimi terror təşkilatlarına bizim ehtiyacımız yoxdur. “Gəlin, sizinlə birlikdə Rakkanı İŞİD-dən təmizləyək. Bunu birlikdə edə bilərik. Buna gücümüz var” dedim”, - Türkiyə prezidenti qeyd edib.

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb. Rusiya İran və Suriya rejimi ilə birlikdə ABŞ-dan əvvəl hərəkətə keçərək Rakkaya girmək istəyir.

Mosul əməliyyatının əsas planlayıcı gücü olan ABŞ bu günlərdə Rakka əməliyyatı barədə də siqnal verib. Vaşinqton Rakka əməliyyatında yerli güclərə, əsasən də PYD-ə yaxınlığı ilə tanınan “Suriya Demokratik Gücləri”nə yer vermək niyyətindədir. Rusiya isə İran və Suriya rejimi ilə birlikdə Rakkaya girmək niyyətindədir.

Qiyamətə günlər qaldı – Şəhər uğrunda nüvə silahı işə salınacaq - VİDEO

ABŞ-ın PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə birgə İŞİD terror təşkilatından təmizləmək istədiyi Suriyanın Rakka şəhəri üçün Rusiya da hazırlıq görməyə başlayıb.

Qərbə böyük hücum olacaq – KƏŞFİYYATDAN SOS

İŞİD terror qruplaşmasının döyüşçüləri Qərb ölkələrinə hücumları planlaşdırır. Bu haqda ABŞ kəşfiyyatına istinad edən ABŞ-ın Suriya və İraqdakı qoşunlarının komandanı, general-leytenant StivenTaunsend bildirib.

“Biz bilirik ki, onlar nəsə planlaşdırırlar və bu hücumlar ölkə xaricində olacaq. Bilirik ki, hücum planları Suriyanın Rakka şəhərində hazırlanır. Buna görə də Rakkaya kifayət qədər tez çatmalıyıq”, - o, deyib.

General əlavə edib ki, terrorçuların hücumları nə vaxt təşkil edəcəyi barədə dəqiq məlumat yoxdur.

Rusiya kimyəvi silahlarını 2017-ci ilin sonuna kimi məhv edəcək. Bunu Rusiya Kimyəvi silahların təhlükəsizliyi və məhv edilməsi üzrə Federal Xidmətin rəhbəri Valeri Kapaşin deyib.

Rusiya 1997-ci ildə BMT-nin Kimyəvi Silahlar Müqaviləsinə qoşulub və SSRİ-dən qalan kimyəvi silahları məhv etməyə başlayıb. 1990-cı illərdə 39 min 967 ton kimyəvi silaha sahib olan Rusiya 2015-ci ildə bu silahların 90 faizinin məhv edildiyini açıqlamışdı.

Gülən üçün son: həbsi an məsələsidir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin qaytarması ilə əlaqədar amerikalı həmkarı Loretta Linçlə görüşüb. Bozdağ görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında ABŞ tərəfinə təqdim edilən sənədlərin Gülənin müvəqqəti həbsi üçün kifayət etdiyini deyib.

“Görüş çox faydalı keçdi. Terrorçu Fəthullah Gülənin ölkəmiz üçün hansı anlam daşıdığını çox açıq bir şəkildə ifadə etdik. Fətullahçı Terror Təşkilatının qurucusu və lideri Fətullah Gülənin Pensilvaniyada terror təşkilatını idarə etməyə davam etdiyini, bunun iki dost və müttəfiq ölkə üçün qəbuledilməz olduğunu çox dəqiq bir dillə ifadə etdik. Biz qarşı tərəfə ekstradisiya ilə bağlı əlavə dəlilləri vermişik. ABŞ tərəfinə təqdim edilən sənədlər Gülənin müvəqqəti həbsi üçün kifayət edir”, - Türkiyənin ədliyyə naziri bildirib.

Bəkir Bozdağ həmçinin qeyd edib ki, ABŞ-da həbsdə olan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyədə mühakimə olunmalıdır. O, bildirib ki, bunu qarşı tərəfə də çatdırıblar.

Türkiyə NATO-dan Egey dənizindəki əməliyyatları dayandırmağı tələb edib. Türkiyənin müdafiə naziri Fikri İşıqın sözlərinə görə, söhbət miqrantların qanunsuz axınına qarşı aparılan əməliyyatdan gedir. O, bu əməliyyatın artıq öz məqsədinə çatdığını və bundan sonra Türkiyənin ərazi sularında NATO əməliyyatlarının məqsədəuyğun olmadığını bildirib.

Yeri gəlmişkən, bu gün Aralıq dənizində növbəti miqrant faciəsi baş verib. Liviya donanmasının sözçüsünün məlumatına görə, miqrantları daşıyan gəminin Liviya sahillərində batması nəticəsində ən azı 90 adam həyatını itirib.

İran: “ABŞ bu plandan əl çəkməlidir”

İran isə ABŞ-a xəbərdarlıq edib. İranın Müdafiə naziri Hüseyn Dehqan Müdafiə Diplomatiyasının İcra Şurasında çıxışı zamanı söyləyib ki, Vaşinqton “parçala və hökmranlıq et” planlarından əl çəkməlidir.

Onun sözlərinə görə, Yaxın Şərqdə terrorizmi yaymaq cəhdləri İsrailin mənfəətlərini qorumaq və Suriya böhranının davamlılığı üçün lazımlıdır. O, Amerikanın terrorçulara yardım etdiyini bildirib. “Terrorçulara qarşı aparılan əməliyyatlarda uğur əldə olunan kimi Amerika və müttəfiqləri aldadıcı atəşkəs razılaşması hazırlayır və terrorçuları xilas edirlər. Onlar bu qrupların dağılmasına mane olurlar. Amerika terrorçulara siyasi, psixoloji və kəşfiyyat dəstəyi verib. Onlar terrorizmə dəstəklərini dayandırmalı, bölgə ölkələrini parçalama planlarından əl çəkməlidirlər”.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkillərdəki hisslər və emosiyalar - FOTO

22 İyul 2017 04:32

Facebooka görə ərindən boşandı

22 İyul 2017 04:14

"Brent" markalı neftin qiyməti təxminən 3% düşüb

22 İyul 2017 04:02

İordan çayının qərb sahilində insident:

22 İyul 2017 03:44

Çoxmərətəbli yaşayış evinin gözəlliyi - FOTO

22 İyul 2017 03:32

Gəncədə ana və övladını maşın vurdu

22 İyul 2017 03:19

Paytaxtda "Chery" yandı

22 İyul 2017 03:09

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTOLAR

22 İyul 2017 02:38

50 yaşlı kişinin üstünə qaynar su töküldü - Göygöldə

22 İyul 2017 02:34

Gənc fotoqrafın işləri - FOTO

22 İyul 2017 02:32

Məşhur müğənni dəfn edildi -

22 İyul 2017 02:29

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

22 İyul 2017 02:17

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -

22 İyul 2017 01:58

Bakıda 3 otaqlı ev yandı

22 İyul 2017 01:54

Füzulidə 100 hektar taxıl sahəsi yandı

22 İyul 2017 01:49

Hikmət Babaoğlu işçisi haqqında status paylaşdı

22 İyul 2017 01:42

Bakıda fərdi evdə yanğın baş verib

22 İyul 2017 01:38

Fələstinli İordan çayının Qərb sahilində 3 israillini qətlə yetirib

22 İyul 2017 01:37

Ştutqartda uşaq bağçası - FOTO

22 İyul 2017 01:32

Azərbaycanda milli mətbuatın 142-ci ili qeyd olunur

22 İyul 2017 01:29

Xəzərdə zəlzələ olub

22 İyul 2017 00:59

DƏHŞƏT: Göbəyi kəsilməmiş körpəni zibilliyə atdılar

22 İyul 2017 00:53

"İstanbul Başakşehir"dən daha 2 transfer

22 İyul 2017 00:47

"Allahım, sən kömək et" -

22 İyul 2017 00:47

Xəzərdə zəlzələ oldu

22 İyul 2017 00:29

Tuqay meşəsində qanunsuz silah aşkarlanıb

22 İyul 2017 00:27

"Çelsi" yeni transferini təqdim etdi -

22 İyul 2017 00:27

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

22 İyul 2017 00:17

Bu gün Milli Mətbuat Günüdür

22 İyul 2017 00:09

Astroloji proqnoz - 22 iyul

22 İyul 2017 00:08

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO

22 İyul 2017 00:05

Sudan daha faydalı içkilər - SİYAHI

22 İyul 2017 00:05

Günün qoroskopu: seçdiyiniz yoldan sapmayın

22 İyul 2017 00:05

Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur

22 İyul 2017 00:02

"Schalke" futbolçulara qeyri-adi cəza kəsəcək

21 İyul 2017 23:57

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq - VİDEO

21 İyul 2017 23:57

Qadının böyrəyini oğurladılar

21 İyul 2017 23:57

Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - FOTO

21 İyul 2017 23:57

Fələstindən ŞOK QƏRAR:

21 İyul 2017 23:57

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

21 İyul 2017 23:44

"Koutinyo satılmır, bu qərar dünən qəbul edilməyib"

21 İyul 2017 23:42

ABŞ-ın yanlış zərbəsi nəticəsində bir neçə əfqan hərbçi həlak olub

21 İyul 2017 23:37

Fələstin İsraillə bütün əlaqələri dondurub

21 İyul 2017 23:32

"Yuventus" Bonuççinin yerinə kimi gətirəcək?

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

21 İyul 2017 23:32

Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ

21 İyul 2017 23:32

Prezident İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb -

21 İyul 2017 23:29

Göyçayda “VAZ” ağaca çırpıldı - 3 yaralı

21 İyul 2017 23:24

Telefonunuzu kimlərin izlədiyini öyrənin

21 İyul 2017 23:20

3D restoranda 300 dollarlıq yemək - FOTO

21 İyul 2017 23:17