Gömrük əməkdaşları məhkəmədə ifadə verib: "Qadın avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım"

Gömrük əməkdaşları məhkəmədə ifadə verib: "Qadın avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım"
20:27 27 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Rüşvət alan gömrük məntəqəsinin rəisi həbs olundu - Ermənistanda (26 May 2017 14:57)
Ermənistanda rüşvət alan gömrük məntəqəsinin rəisi həbs olunub (26 May 2017 14:17)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (20 May 2017 11:29)

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərdən N.Abbasov özünü qismən təqsirli bildiyini deyib, digərləri isə özlərini günahkar saymadıqlarını söyləyiblər. 
Daha sonra təqsirləndirilənlərdən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı N.Abbasov ifadə verib. O, digər təqsirləndirilən Z.Qurbanovdan rüşvət aldığını etiraf edib: "Adil Kazımov mənə zəng edib, bir nəfərin 1 kq qızılı olduğunu və həmin yükü qanununi şəkildə gömrükdən keçirmək lazım olduğunu bildirdi. Heydər Əliyev Beynəlxalq Hava Limanında Ziyafət xanımla görüşdüm. Qanunu bilmədiyi və avam olduğu üçün həmin qadından 2200 dollar rüşvət aldım. Ona bildirdim ki, həmin pullarla rüsum ödənilməlidir. Aytəkin Tağıyevadan isə Türkmənistan vətəndaşının yükünü gömrük postundan keçirməsini xahiş etdim. Qanuna əsasən, Ziyafət xanımdan rüsum tələb etməli deyildim, onu aldatdım. Amma istintaqa verdiyim ifadəni təsdiqləmirəm".
DGK-nın keçmiş əməkdaşı A.Kazımov ifadəsi zamanı Z.Qurbanovanın ona qızılların qanuni yolla ölkədən çıxarlması ilə bağlı müraciət etdiyini vurğulayıb: "Gecə növbəsindən çıxmışdım. Həmin gün işdə olmadığım üçün Neman Abbasova zəng vurub dedim ki, Ziyafət xanımın yükünü qanuni yolla postdan keçir. Daha sonra Neman mənə qızılların saxlanıldığını bildirdi. Bu işlə bağlı onunla aramızda heç bir pul söhbəti olmayıb".
Z.Qurbanova ifadəsində bildirib ki, qızılları ölkədən qanuni yolla çıxarmaq üçün A.Kazımovla danışıb: "Aman Muhamməd Baylyyev Türkmənistandan mənə zəng vurub qızıl almaq istədiyini bildirdi. Mən də Adil müəllimlə danışıb, onları ölkədən qanuni yolla çıxarmağın mümkün olub-olmadığını soruşdum. Adil müəllim də bunun mümkün olduğunu bildirib. Aman 48 min dollar pulla Azərbaycana gəldi. Məndən 28 min dollara qızılı nəğd yolla aldı, qalanlarını isə ona nisiyə verdim. Adil müəllim Neman Abbasovun mənə köməklik edəcəyini bildirdi. Hava Limanında Neman məndən rüsum üçün pul tələb etdi, sonra aşağıdakı tualetə düşməyimizi istədi. Buna görə çox qorxdum. Adil müəllimə zəng etsəm də, telefonu bağlı idi. Qızılları tualletdə Nemana vedim. Ondan tələb etdim ki, malları monitordan keçirsin, lakin razı olmadı, sonra isə başıma bu iş gəldi".
Daha sonra digər təqsirləndirilən A.Tağıyeva dindirilib. Onun sözlərinə görə, həmin yükü iş yoldaşı N.Abbasovun xahişi ilə gömrük postundan keçirib: "Nemanla neçə ildir ki, bir yerdə işləyirdik, ona inandım. Neman mənə qonaqların yükü olduğunu dedi. Daha sonra Ziyafət xanım yaxınlaşdı, yükü ona verdim".
A.Tağıyeva istintaqda başqa cür ifadə verdiyini vurğulayıb: "İdarədə məndən başqa cür ifadə verməyimi istədilər. Dedilər ki, onsuz da sizi işdən azad edəcəyik, Dövlət Gömrük Komitəsinin adına xələl gəlməsin. Ona görə də istintaqda dindiriləkən ifadəmi dəyişdim".
Türkmənistan vətəndaşı A.Baylyyev ifadəsində Azərbaycana qızıl almaq üçün gəldiyini deyib: "Ziyafət xanım qızılları qanuni yolla keçirəcəyinə söz verdi. Başqa yerlərdən də qızıllar almışdım. Bilsə idim qızıllar qanuni yolla gömrükdən keçirilməyəcək, imtina edərdim".
Daha sonra M.Qasımov da dindirilib. O qeyd edib ki, bu işlə əlaqədar N.Abbasovdan pul almayıb.
Məhkəmənin növbəti prosesi noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.
Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanovadır.
Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.
Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mənə qarşı haqsızlıq çox oldu"

27 May 2017 17:51

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə insana QORXUNC FƏSADLAR

27 May 2017 17:48

Azərbaycanın bu hissəsi susuz qaldı - FOTO

27 May 2017 17:47

Qıza ona "sevmirəm" dediyinə görə 26 bıçaq zərbəsi endirən

27 May 2017 17:46

Azərbaycanda planşetlər ucuzlaşmağa başlayıb

27 May 2017 17:42

Ali Məhkəmə prokurorun tikinti şirkətinin rəhbərini öldürməkdə təqsirləndirilən qardaşlarla bağlı protestini təmin etməyib

27 May 2017 17:37

Snayperlərin praktiki atış bacarıqları yoxlanılır

27 May 2017 17:36

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

27 May 2017 17:34

Futbolçular Tüdordan şikayət etdilər

27 May 2017 17:32

Sürücülərə AĞLAGƏLMƏZ CƏZA: qaydanı pozanlar belə cərimələnəcək

27 May 2017 17:28

"Aliye"nin "Ayşe"si məzun oldu - FOTO

27 May 2017 17:27

Futbolçu pornoulduz olmaq istəyir

27 May 2017 17:22

Ramil Usubov vətəndaşları qəbul edib

27 May 2017 17:20

Qarabağda vəziyyət gərginləşdi, Sarkisyan GENERALLARI TOPLADI: məxfi görüşdə OLANLAR

27 May 2017 17:18

Qara Dəniz Ticarət və İnkişaf Bankı Bakıda təqdimat keçirəcək

27 May 2017 17:17

UEFA "Qarabağ"a məktub göndərdi - ŞAD XƏBƏR

27 May 2017 17:17

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

27 May 2017 17:15

Sıla özünə sevgili tapdı - FOTO

27 May 2017 17:12

Bayker motosikletini yandırdı: özünü oda atdı - VİDEO

27 May 2017 17:12

Rusiyaya məxsus döyüş təyyarələri İngiltərəyə daxil oldu

27 May 2017 17:08

“Sevmirəm” cavabına görə qızı öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

27 May 2017 17:07

Qapıçı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər

27 May 2017 17:07

Şamaxıda qədim nekropol TAPILDI - FOTO

27 May 2017 17:05

Putinin qisası ağır olacaq: Amerikanın “arxa baxçası”na HÜCUM

27 May 2017 17:03

Böyük döyüş başlanır: Münaqişənin DETALLARI

27 May 2017 16:58

"Qvardiolaya "yox" deyə bilməzsiniz"

27 May 2017 16:57

Azərbaycanda 7 şəlalə tapıldı

27 May 2017 16:56

Yutubdan müsəlmanlara BÖYÜK JEST

27 May 2017 16:53

Xaçmazın “Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb

27 May 2017 16:47

İki işçi quyuya düşdü, üzərləri torpaqla örtüldü

27 May 2017 16:47

iPhone 6 sərfəli şərtlərlə satışda

27 May 2017 16:43

Ağsuda 4 otaqlı ev yandı

27 May 2017 16:42

Zabit Səmədov əməkdar artistlə... - FOTO

27 May 2017 16:37

Elmar Məmmədyarov ABŞ dini icmalarının liderləri ilə görüşdü

27 May 2017 16:37

Ağsuda 4 otaqlı ev yanıb

27 May 2017 16:36

Əfqanıstanda bomba yüklü avtomobillə hücum reallaşdırılıb

27 May 2017 16:34

Hitlerin öldüyü ay... – Dünyanın gedişatını dəyişdirə biləcək İXTİRA

27 May 2017 16:33

Rihanna kökəlib tanınmaz hala düşdü - FOTOLAR

27 May 2017 16:33

İspaniya kubokunda final - "Barselona", yoxsa "Alaves"?

27 May 2017 16:32

Azərbaycan Beynəlxalq Bankı tender keçirir

27 May 2017 16:32

Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Eşqə yolçuluq"

27 May 2017 16:29

Ramil Usubov Bərdədə vətəndaşlarla görüşüb

27 May 2017 16:27

Ərinin xəyanətini bağışlayıb 4 uşaq doğan məşhur - DÜNYANI HEYRƏTLƏNDİRƏN SEVGİ - FOTO

27 May 2017 16:27

Ulduz cütlüyün 18 illik nikahı bitdi, ayrıldılar – FOTOLAR

27 May 2017 16:23

"Qalatasaray"a İtaliyadan iki ulduz

27 May 2017 16:22

Yaponiya İmperatoru İlham Əliyevə təbrik məktubu göndərib

27 May 2017 16:22

Qorxan uşaqla necə davranmalı?

27 May 2017 16:22

Səyyar sanitar epidemioloji dəstənin taktiki-xüsusi təlimi keçirilib

27 May 2017 16:17

Yaponiyanın İmperatoru Azərbaycan Prezidentinə məktub göndərib

27 May 2017 16:12

"Mançester Yunayted"də yeni müqavilə

27 May 2017 16:12