"Santiago Bernabeu"da döyüş olacaq

"Santiago Bernabeu"da döyüş olacaq
20:57 27 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" klubu "Santiago Bernabeu"da UFC döyüşünün təşkil olunmasında maraqlıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, madridlilər tanınmış atlet Konnor Makqreqoru "Bernabeu"ya gətirmək istəyirlər. Səbəb irland döyüşçünün "UFC paytaxtı" Las-Veqasda görüş keçirmək istəməməsidir.

Belə ki, Makqreqor Nevada ştatının Atletika komissiyası tərəfindən 150 min dollar cərimələnmişdi. Bu səbəbdən onun menecerləri növbəti döyüşlər üçün məkan axtarmaqla məşğuldur.

Makqreqor noyabrın 12-də Nyu-Yorkda Eddi Alvarezlə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR