Azərbaycanda olan sanatoriya və və istirahət bazalarının sayı açıqlanıb

Azərbaycanda olan sanatoriya və və istirahət bazalarının sayı açıqlanıb
21:02 27 Oktyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda sanatoriyaların, istirahət müəssisələri və istirahət bazalarının sayı azalıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanda sanatoriya, istirahət müəssisələri və istirahət bazalarının sayı 68 olub. Onlarda çarpayıların sayı 9894 olub.
Bu cür məkanların sayı 2014-cü ildə 70, onlarda çarpayıların sayı 10,004 ədəd olub.
İstirahət məkanları arasında sanotoriyaların sayı 28, onlarda çarpayıların sayı 5552 təşkil edib. 2014-cü ildə sanatoriyaların sayı 30, onlarda çarpayıların sayı 5562 ədəd olub.
Sanatoriyaların ümumi sayında uşaq sanotoriyalarının sayı 13, onlarda çarpayıların sayı isə 910-a, sağlamlıq mərkəzlərinin sayı 5, onlarda çarpayıların sayı 760-a çatıb.
Sanatoriya-profilaktoriyaların sayı cəmi 2 onlarda çarpayıların sayı isə 64 olub.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-olan-sanatoriya-ve-ve-istirahet-bazalarinin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR