Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin-Obama danışıqları alınmadı

Putin-Obama danışıqları alınmadı

Date: 27 October 2016 21:17

Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə forumunun plenar iclasında qeyd edib ki, Suriyada qan tökülməsinin dayandırılması hələlik ümümkün deyil.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə cümə axşamı, oktyabrın 27-də, "İnterfax" nəşri xəbər verir.

Rusiya dövlət başçısı ABŞ prezidenti Barak Obama ilə şəxsi danışıqların nəticəsiz qaldığını bəyan edib.

"Uzun müddət aparılan danışıqlar, böyük əziyyətlər və çətin güzəştlərdən sonra terrorçulara qarşı mübarizədə birgə cəbhənin formalaşması gözlənilirdi, lakin bu baş vermədi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə şəxsi danışıqlarımız da alınmadı", - Putin əlavə edib.

Milli.Az


Tags:  Putin-Obama danışıqları alınmadı


RƏYLƏR


Top news