Bəhanə ilə fərarilik edənlərə nazil olan cəza

Bəhanə ilə fərarilik edənlərə nazil olan cəza
21:17 27 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: "Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)". Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər". ("Bəqərə" 243).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təfsirçilər bu ayə haqqında belə bir hədisi nəql edirlər: "Bəni-İsrayil padşahlarından biri insanlara əmr edir ki, düşmənlə vuruşmaq üçün öz diyarlarından çıxsınlar. İnsanlar da padşahın əmrinə görə şəhərlərindən çıxırlar. Ancaq qorxu onları bürüyür və döyüş meydanında ölməyə nifrət etməyə başlayırlar. Ona görə də bəhanə gətirirlər ki, vuruşmaq üçün getdiyimiz diyarda vəba xəstəliyi yayılıbdır. O zamana qədər ki, vəba xəstəliyi vardır, onlara tərəf gedə bilmərik.
Allah da ölümü onlara tərəf göndərir. Görəndə ki, ölülərin sayı artır, ölümün qorxusundan diyarlarını tərk etməyə başlayırlar. Padşahları onları belə görüb, onları lənətləyir və deyir: "Ey Yəqib və Musanın Allahı! Bəndələrin günahına şahidsən. Özündən onlara bir nişanə göstər ki, bilsinlər Səndən qaçmaq qüdrətinə malik deyildirlər". Allah da bir əmrlə hamısını öldürür, dördayalıqlarını da öldürür. Onların üzərindən səkkiz gecə və gündüz keçir. Cəsədləri dəyişməyə və iylənməyə başlayır. Onların yanından keçən insanlar bu nəticəyə gəlib çatırlar ki, mindən çox olan bu insanları bir-bir basdırmaqdan acizdirlər. Ona görə də dörd tərəflərinə divar çəkirlər ki, vəhşi heyvanlardan amanda olsunlar.
Bir müddət belə keçir və cəsədləri tamamilə dağılır və sümükləri qalır. Bu zaman Hezgil peyğəmbər (ə) onların yanından keçir və onların hekayəsini eşidib təəccüblənir. Hezgilə (ə) vəhy olunur ki, istəyirsənmi ki, qüdrətimi sənə nişan verim? Sənə göstərim ki, necə ölüləri dirildirəm? Hezgil (ə) deyir ki, bəli. Ona görə də Allah bütün bu ölüləri dirildir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR