Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astara rayon sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Astara rayon sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

Date: 27 October 2016 21:22

Bakı. 27 oktyabr. REPORT.AZ/ Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.
Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.  

Tags:  Astara rayon sakini selfi çəkdirərkən 7-ci mərtəbədən yıxılaraq ölüb

RƏYLƏR


Top news