Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda inanılmaz fırıldaq - qızla kafeyə gedir... - VİDEO

Bakıda inanılmaz fırıldaq - qızla kafeyə gedir... - VİDEO

Date: 27 October 2016 21:27

Bakıda bir neçə qadın sosial şəbəkələrdə insanlara tanışliq təklif edir, görüşəndə isə həmin şəxsləri əlbir olduqları kafeyə aparırlar. Çay, yaxud meyvə şirəsi sifariş verən həmin qadınlar 3-5 dəqiqədən sonra bir bəhanə ilə oradan çıxır. Kafenin işçiləri isə müştəriyə yaxınlaşıb deyir ki, xanım 200-300 manatlıq bahalı içki içib və hesabı ödəmək lazımdır. Dünən bununla bağlı bir video-müraciət yayılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Emil Əmiraslanov adlı Bakı sakini internetdə yaydığı videoda fırıldaqçılığın yeni növündən danışır. Eminin tanışı sosial şəbəkədə bir qızla tanış olub. Dostu xanıma zəng edib və görüş təyin ediblər. Qadının təklifi ilə Bakıda Nizami metrostansiyasın yaxınlığındakı binalardan birinin zirzəmisində yerləşən kafedə oturublar.

Həmin şəxs ofisiantdam soruşub ki, bu qədər hesab 3 dəqiqənin içində necə yaranıb? Aldığı cavab həm gülməlidir həm ağlamalı.

İnternetdə tanış olduğu qız isə yoxa çıxıb. Oğlana məcbur ediblər ki, hesabı ödəməlisən. Pulu olmayanda bahalı əşyalarını və ya telefonunu alindən alacaqlarını deyiblər. Burdan məlum olur ki, həmin qızla kafenin işçiləri əlbir olub insaları tora salmaqla məşğuldur.

Emil Amiraslanov paylaşdığı videonun altından həmin qadının nömrəsini də paylaşıb. Lakinhazırda nömrəyə zəng çatsa da, cavab verən yoxdur.

Məsələylə bağlı Bakı şəhər baş Polis İdarəsində "XəzərXəbər"ə bildirdilər ki, paylaşılan videodan sonra həmin qadının axtarışına başlanılıb. Onun kimliyi bəlli olandan sonra məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az


Tags:  Bakıda inanılmaz fırıldaq qızla kafeyə gedir VİDEO

RƏYLƏR


Top news