Zəlilər kütləvi şəkildə toplanaraq xaricə aparılır - VİDEO

Zəlilər kütləvi şəkildə toplanaraq xaricə aparılır - VİDEO
21:27 27 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisindəki zəlilər kütləvi şəkildə toplanaraq xaricə aparılır. Əgər, bu hal davam edərsə, 5 ildən sonra ölkədə zəli tapmaq mümkün olmayacaq. Zoologiya institutunun direktoru belə deyib. O bunun qaşısının alınnması üçün görüləcək tədbirlərdən də danışıb.

Zəlilərin təbiətdən toplanmasına icazə verilməyəcək. Bunu Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. O, bildirib ki, hazırda respublika ərazisindən zəlilər toplanaraq xaricə satılır, əgər zəlilərin vəhşi təbiətdən ovlanması davam edərsə, bir müddət sonra ölkədə tibbi müalicə üçün zəli tapılmayacaq

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, elə bu səbəbə görə, artıq Zoologiya İnstitutu vəhşi təbiətdən zəli ovlamaq istəyən iş adamlarının müraciətinə müsbət cavab verməyəcək. Bunu etmək istəyən şəxslər mütləq zəliləri süni surətdə çoxaldaraq satmalıdır

Elman Yusifov deyir ki, vəhşi təbiətdən toplanan zəlilərin bir neçə növü var. Onlardan elələri də var ki, insanı müalicə etmək əzəvinə əlavə xərcə də sala bilər.

Bütün bu halları nəzərə alan Zoologiya İnstitutunun, Mingəçevirdəki təcrübə dayaq məntəqəsində zəlilərin çoxaldılması üçün işlərə başlanılıb

İnstitut direktoru onu da əlavə etdi ki, yaxın gələcəkdə respublika ərazisində tam olaraq ixtisaslaşmış zəli ilə müalicə mərkəzləri yaradılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR