Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sarı gəlin” layihəsinin təqdimatı keçirildi

“Sarı gəlin” layihəsinin təqdimatı keçirildi

Date: 27 October 2016 21:39

Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, dövlətvə hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, nazirlik tərəfindən gənclər arasında mədəni irsin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin Azərbaycan milli–mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanılması və təbliğ edilməsidir.

 

Mərasimdə Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərin sərgisi də keçirilib.

 

Tədbirdə “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçirilib. Videomaterialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunub.

 

Sonda 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim edilib. Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.






Tags:  gəlin layihəsinin təqdimatı keçirildi


RƏYLƏR


Top news