Baıda onlara Strasburq Universitetinin tələbə biletləri verildi - FOTO

Baıda onlara Strasburq Universitetinin tələbə biletləri verildi - FOTO
21:47 27 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüş keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez UFAZ-ın yaradılmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.

Azərbaycan-Fransız Universitetinin təhsilimizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan xanım Orelia Buşez bildirib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb.

Azərbaycan Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı müasir dünyada təhsilin mühüm rolundan bəhs edib, bu sahəyə göstərilən diqqətə görə Azərbaycan və Fransa prezidentlərinə minnətdarlığını bildirib.

Rektor rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) tələbə qəbulu həyata keçirilib. 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 23-ü isə ödənişli əsaslarla təhsil alır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Bu il kimya üzrə üç Nobel mükafatçısından biri məhz UFAZ-ın professorudur. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycan ilə Fransa arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən danışıb.

Sonra UFAZ-da təhsil alan tələbələrə Fransanın Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR