Ədalət və insanlığı dünyaya hədiyyə verdi

Ədalət və insanlığı dünyaya hədiyyə verdi
21:47 27 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüccətil-İslam vəl-müslimin Seyyid Hüseyn Haşimi Nicat Hüseyn (ə) əzadarları qarşısında çıxış edərək demişdir: "Nəbəvi hədisinə əsasən hər kim Əlinin (ə) fəzilətlərini eşidər, Allah qulağının günahlarını bağışlayar. Hər kim Əmirəl-möminin (ə) fəzilətlərini oxuyar, Allah gözünün günahlarını bağışlayar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədisə əsasən, əgər kimsə Əlinin (ə) fəziləti ilə bağlı hədis yazarsa və həmin yazı aləmdə qalıcı olarsa, mələklər onun üçün bağışlanma istəyərlər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əli (ə) - ən üstün bəşərdir. Hər kim onun ən üstün olmasında şəkk edərsə, kafirdir".
Vilayət nuru olan Əli (ə) mələklərin Adəmə (ə) səcdə etməsinin səbəbi idi. Həzrət (ə) ədalət və insanlığı dünyaya hədiyyə vermişdir.
Muhəmmədi və Ələvi nuru övladı Hüseyn ibn Əlidə (ə) qərar tutmuşdur. İbrahimin (ə) Xəlilallah adını qazanmasının səbəbi o idi ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərərdi.
Biz də gərək Əhli-Beyt (ə) yolunda addım ataq ki, bədbəxtlik və günaha düçar olmayaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR