Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Münaqişəni tez bir zamanda həll etmək lazımdır”

"Münaqişəni tez bir zamanda həll etmək lazımdır”

Date: 27 October 2016 22:12

"Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişənin çözülməsinə atılan bütün addımlara dəstək verib və bundan sonra da dəstək verəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını hamıdan çox istəyir: "Bu məsələ uzandıqca, Azərbaycana qarşı edilən haqsızlıqlar da uzanmaqda davam edir. Bunun üçün məsələni tez bir zamanda həll etmək lazımdır. Tükiyənin səyləri də bu istiqamətdə olacaq".
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünlüyünü qiymətləndirən türkiyəli səfir deyib ki, bunun üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır.

Milli.Az


Tags:  Münaqişəni tez zamanda həll etmək lazımdır

RƏYLƏR


Top news