“Biz xilasediciyik, siz binanı yandıranı tapın”

“Biz xilasediciyik, siz binanı yandıranı tapın”
22:17 27 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində ittiham olunan şəxlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O, ifadəsində şikayətçi olmadığını, dəymiş zərərin dövlət tərəfindən ödənildiyini deyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi xilasedici qrupunun əməkdaşları - Elçin Əbilov, Anar Hacıyev və Asif Əhmədov şahid qismində dindirilib. E.Əbilov deyib ki, həyəcan siqnalı aldıqdan sonra hadisə yerinə gəliblər: "Alov bütün binanı bürümüşdü, içəri tüstü idi, insanları təxliyə etdik. Partlayış səsi isə eşitməmişəm".

FHN-in digər əməkdaşları da eyniməzmunlu ifadə veriblər. Anar Hacıyev isə ifadəsində "Biz xilasediciyik, siz binanı yandıranı tapın" deyib.

... Fasilədən sonra davam edən prosesdə Dərnəgül Boru Prokat Zavodunun işçisi Zaur Əliyev ifadə verib. O, adıçəkilən müəssisədə anbardar işlədiyini, heç nədən xəbəri olmadığını deyib: "Laboratoriyaya heç bir aidiyyətim yoxdur. Mən çöldə işləmişəm".

Şahid qismində ifadə verən "Global Constuction"MMC-nin direktoru İlqar Vəliyev 2007-ci ildən hadisə baş verən günə qədər bu vəzifədə çalışdığını bildirib. Yanğın hadisəsi baş verən gün ona zəng vurub məlumat verdiklərini, hadisə yerinə gedərkən təkrar zəng gəldiyini, MTN əməkdaşlarının ofisdə axtarış apardıqlarını, yoldan geri qayıtdığını deyib: "Ofisə gələndə gördüm ki, hər yanı mühasirəyə alıblar. Heç kimi içəri buraxmırdılar. Özümü təqdim etdim, içəri keçdim. Bizə ümumi suallar verdilər. Miryusif Mahmudovu özləri ilə aparanda mən də getmək istədim. Dedilər ki, sənə ehtiyac yoxdur".

Şahid tərəflərin suallarını cavablandırarkən baş vermiş hadisədən iki həftə əvvəl "Global Constuction"MMC-nin digər təmsilçisinin işdən çıxdığını göstərib: "İşlər ciddi qurulmuşdu. Mən təsisçilərdən asılı olmamışam, sərbəst olmuşam. O ki qaldı "poliuretan" məhsulunun keyfiyyətinə, bu material 2011-ci ilin əvvəlindən tətbiq edilib. Ofisimiz də, Miryusif müəllimin uşaqlarının oxuduğu məktəb də, Dövlət Sərhəd Xidməti Akademiyasının binası da həmin materialla üzlənib".

Daha sonra şahid şirkət əməkdaşlarının Miryusif Mahmudova olan ehtiramından söz açıb. O, 500 nəfər işçinin ölkə başçısına müraciət ünvanladıqlarını deyib: "Biz gördüyümüz işə tam əminik. Buna görə də tam məsuliyyətlə cavab verməyə hazırıq".

Şahdi qismində ifadə verən direktor müavini Şahin Kərimov hadisə baş verən zaman ofisdə olduğunu deyib: "MTN əməkdaşları ofisdə axtarış aparırdılar. Yuxarı qalxanda gördüm ki, Miryusif Mahmudovla söhbət edirlər. Ondan əvvəl Miryusif özü mənə demişdi ki, onu MTN-ə çağırıb pul istəyirlər".

Şahid qismində ifadə verən Əli Vəliyev Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı olduğunu, ərazidəki təmizliyə baxdıqlarını bildirib: "Üzləşmə işlərinə nəzarət səlahiyyəti bizlik olmayıb. Biz ancaq süpürgə ilə məşğul olmuşuq, təmizliyə baxmışıq".

"GlobalStone" və "Global Construction" MMCnin baş mühasibi Vüsal Tağıyev şahid qismində ifadə verərkən yanğın baş verən gün ofisə çoxlu sayda yad adamaların gəldiyini və axtarış apardıqlarını göstərib: "Ofisin giriş-çıxışını kəsmişdilər, hərəkət məhdudiyyəti yaranmışdı. Sonradan öyrəndim ki, axratış aparanlar MTN əməkdaşlarıdır. Sənədləri yığırdılar, kompüterlərin yaddaşlarını köçürürdülər. Miryusif müəllimi hara apardıqlarını görmədim. Sonradan dedilər ki, MTN-ə aparıblar, oradan prokurorluğa çağırılıb".

Baş mühasib ifadəsində göstərib ki, məlum yanğın hadisəsindən əvvəl - 13 may 2015-ci ildə Miryusif Mahmudov ona zəng vurub, kassada nə qədər pul vəsaiti olduğunu soruşub: "Dedim ki, 50 min manat var. Miryusif müəllim dedi ki, tez onu götür gəl. Mən də pulu götürüb onun yanına getdim. Həmin pullar Miryusif müəllimin şəxsi hesabı idi. Pulu verəndən sonra vəsaiti hara qeyd edəcəyimi soruşdum. Dedi ki, "MTN-geyim" yazarsan. Miryusif müəllim həmin pulları MTN əməkdaşlarına vermişdi".

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tanınmış şair Əkrəm Əylislini təhqir etdi: “Qoduğun yazdığı nəyə lazımdı ki?”

24 May 2017 17:43

Maşallah Əhmədovun İrandan gətirdiyi daşlara baxış keçiriləcək

24 May 2017 17:43

Azərbaycanlı müğənninin şokoladından qurd çıxdı - VİDEO

24 May 2017 17:42

Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb

24 May 2017 17:42

Monteneqro bu tarixdə NATO-nun rəsmi üzvü olacaq - Kremlə ŞOK XƏBƏR

24 May 2017 17:38

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer edildi

24 May 2017 17:37

Sankt-Peterburqda metro stansiyası bağlanıb

24 May 2017 17:36

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

24 May 2017 17:36

Analitiklər istehlak robotları bazarının həcminin 5 qat artımını proqnozlaşdırırlar

24 May 2017 17:35

Proqram təminatında aşkar edilmiş boşluqların sayı 30% yüksəlib

24 May 2017 17:35

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

24 May 2017 17:35

Əsədin qırıcıları ABŞ-ın bombaladığı hərbi bazaya döndü - FOTOLAR

24 May 2017 17:33

Əl-ələ gəzən prezidentlər və Trampa əks-hücum - MARAQLI ANLAR FOTO/VİDEODA

24 May 2017 17:33

Öldürdüyü şəxsin cəsədini 170 hissəyə ayıran qatilin başını bankada saxlayırlar - FOTO

24 May 2017 17:32

Baş Prokurorluqda Avropa Komissiyası ilə birgə tədbir keçirilib

24 May 2017 17:32

Götzenin qardaşı "Bavariya"yla müqavilə bağladı - RƏSMİ

24 May 2017 17:27

İnstagram-dan daha bir YENİLİK

24 May 2017 17:27

Elnarə Abdullayeva peşman olub: "Nə oldu qudurdun?!"

24 May 2017 17:24

Müharibələrin 10 ən qorxunc tablosu - FOTOLAR

24 May 2017 17:23

Ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi

24 May 2017 17:22

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24 May 2017 17:22

“Cəlal baba”nın həyat yoldaşı sevgilisi ilə

24 May 2017 17:21

Dahi bəstəkarların heyrətamiz həyat hekayələri – FOTOLAR

24 May 2017 17:18

​Kino çox vacibdir, cənablar!

24 May 2017 17:18

Azerbaijan Fashion Awards mükafatladırılma mərasimi keçiriləcək

24 May 2017 17:17

Messinin 21 aylıq həbs cəzası qüvvədə qaldı - SON DURUM

24 May 2017 17:17

Sabaha olan məzənnə AÇIQLANDI

24 May 2017 17:16

Siyasi ekspert: Əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir

24 May 2017 17:15

Papa ilə Melaniyanın dialoqu: "Trampa yeməyə nə verirsən?" - VİDEO

24 May 2017 17:13

İncəsənət xadimlərinə 776 min manat verilib

24 May 2017 17:12

Manatın sabaha MƏZƏNNƏSİ

24 May 2017 17:12

OPEC Vyana anlaşmasını 9 ay uzadılmasını təklif edir

24 May 2017 17:12

Zaman Fuad Poladovu belə dəyişdi - FOTO

24 May 2017 17:12

Bakı bulvarında faciə: dənizdən çıxarıb dəlixanaya apardılar

24 May 2017 17:09

Mayın 25-nə manatın məzənnəsi

24 May 2017 17:08

Mançesterin mərkəzində yaşayış kompleksindəki insanlar təxliyyə olunurlar

24 May 2017 17:07

"Ayrılmaq çox çətin olacaq"

24 May 2017 17:05

"Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi tam ədalətlidir" - Kuznetsov - VİDEO - FOTO

24 May 2017 17:05

Evlilik verilişində ƏLBƏYAXA DAVA - GÖRÜNTÜLƏR İLK DƏFƏ YAYILDI

24 May 2017 17:04

Avropa ölkələri belə ələ keçirilir: Merkeldən SON HƏMLƏ

24 May 2017 17:03

Lionel Messi 1 il 9 ay müddətinə həbs edildi

24 May 2017 17:03

“Pətək” İB “Ətrafımıza faydalı olaq” aksiya-müsabiqəsinin qaliblərini mükafatlandırıb

24 May 2017 17:02

Avtomobil hansı hallarda evakuatorla aparıla bilər?

24 May 2017 16:59

İSLAMİADA: Azərbaycanın yeni standartları və Bakıdan başlanan həmrəylik

24 May 2017 16:58

Azərbaycanda cərimələrin miqdarı artırılacaq?

24 May 2017 16:57

Messinin azadlıqdan məhrum edilmə cəzası təsdiqləndi

24 May 2017 16:57

Azərbaycanda müxalifət partiyası qurultayına YAP-ı dəvət edib

24 May 2017 16:57

Liviya sahillərində gəmi batdı: 20 ölü

24 May 2017 16:53

Azərbaycan Beynəlxalq Bankı nağdsız əməliyyat dövriyyəsi ən yüksək olan bankdır

24 May 2017 16:50

"Facebook"-dan daha bir

24 May 2017 16:48