Qalxanvari vəzini və immuniteti möhkəmləndirən TƏBİİ QARIŞIM

Qalxanvari vəzini və immuniteti möhkəmləndirən TƏBİİ QARIŞIM
22:27 27 Oktyabr 2016
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Hamı bilir ki, yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır.

Yodun bədəndə çatışmazlığı qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
Həmçinin yod immun və sinir sistemi üçün çox vacibdir, onların fəaliyyətini stimullaşdırır.
 
Milli.Az saglamolun.az-a istinadənyodla zəngin olan təbii qarışımın reseptini təqdim edir. Bu qarışım immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabları azaldır, beynin fəaliyyətini yaxşılaşdırır, qalxanvari vəzi xəstəliklərinin qarşısını alır.
 
Tərkibi:
 
- 1 kq feyxoa
- 200 qr qoz
- 200 qr bal
 
Feyxoa yuyulur, qıraqları kəsilir qozla birlikdə ətçəkən maşınından keçirilir, yaxşı qarışdırılır. Qarışıma təbii bal əlavə olunur, qarışdırılır.
 
Qarışımı sərin yerdə saxlayın və hər səhər 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara 1/2-1 çay qaşığı vermək olar.

Mili.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR