Gömrük əməkdaşı: Qadın avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım

Gömrük əməkdaşı: Qadın avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım
22:47 27 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Qızıl külçələri Azərbaycandan çıxarmağa çalışanların məhkəməsi başladı (22 İyun 2017 18:05)
2 kq-dan çox qızıl külçələri Azərbaycandan çıxarmağa cəhd edən dəstə üzvlərinin məhkəməsi başladı (22 İyun 2017 17:36)
Keçmiş deputatın qızından rüşvət alan polis kapitanı pulu geri qaytardı (16 İyun 2017 17:47)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən N.Abbasov özünü qismən təqsirli bildiyini deyib, digərləri isə özlərini günahkar saymadıqlarını söyləyiblər.

Daha sonra təqsirləndirilənlərdən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı N.Abbasov ifadə verib. O, digər təqsirləndirilən Z.Qurbanovdan rüşvət aldığını etiraf edib:

"Adil Kazımov mənə zəng edib, bir nəfərin 1 kq qızılı olduğunu və həmin yükü qanununi şəkildə gömrükdən keçirmək lazım olduğunu bildirdi. Heydər Əliyev Beynəlxalq Hava Limanında Ziyafət xanımla görüşdüm. Qanunu bilmədiyi və avam olduğu üçün həmin qadından 2200 dollar rüşvət aldım. Ona bildirdim ki, həmin pullarla rüsum ödənilməlidir. Aytəkin Tağıyevadan isə Türkmənistan vətəndaşının yükünü gömrük postundan keçirməsini xahiş etdim. Qanuna əsasən, Ziyafət xanımdan rüsum tələb etməli deyildim, onu aldatdım. Amma istintaqa verdiyim ifadəni təsdiqləmirəm".

DGK-nın keçmiş əməkdaşı A.Kazımov ifadəsi zamanı Z.Qurbanovanın ona qızılların qanuni yolla ölkədən çıxarlması ilə bağlı müraciət etdiyini vurğulayıb:

"Gecə növbəsindən çıxmışdım. Həmin gün işdə olmadığım üçün Neman Abbasova zəng vurub dedim ki, Ziyafət xanımın yükünü qanuni yolla postdan keçir. Daha sonra Neman mənə qızılların saxlanıldığını bildirdi. Bu işlə bağlı onunla aramızda heç bir pul söhbəti olmayıb".

Z.Qurbanova ifadəsində bildirib ki, qızılları ölkədən qanuni yolla çıxarmaq üçün A.Kazımovla danışıb:

Aman Muhamməd Baylyyev Türkmənistandan mənə zəng vurub qızıl almaq istədiyini bildirdi. Mən də Adil müəllimlə danışıb, onları ölkədən qanuni yolla çıxarmağın mümkün olub-olmadığını soruşdum. Adil müəllim də bunun mümkün olduğunu bildirib. Aman 48 min dollar pulla Azərbaycana gəldi. Məndən 28 min dollara qızılı nəğd yolla aldı, qalanlarını isə ona nisiyə verdim. Adil müəllim Neman Abbasovun mənə köməklik edəcəyini bildirdi. Hava Limanında Neman məndən rüsum üçün pul tələb etdi, sonra aşağıdakı tualetə düşməyimizi istədi. Buna görə çox qorxdum. Adil müəllimə zəng etsəm də, telefonu bağlı idi. Qızılları tualletdə Nemana vedim. Ondan tələb etdim ki, malları monitordan keçirsin, lakin razı olmadı, sonra isə başıma bu iş gəldi".

Daha sonra digər təqsirləndirilən A.Tağıyeva dindirilib. Onun sözlərinə görə, həmin yükü iş yoldaşı N.Abbasovun xahişi ilə gömrük postundan keçirib:

"Nemanla neçə ildir ki, bir yerdə işləyirdik, ona inandım. Neman mənə qonaqların yükü olduğunu dedi. Daha sonra Ziyafət xanım yaxınlaşdı, yükü ona verdim".

A.Tağıyeva istintaqda başqa cür ifadə verdiyini vurğulayıb:

"İdarədə məndən başqa cür ifadə verməyimi istədilər. Dedilər ki, onsuz da sizi işdən azad edəcəyik, Dövlət Gömrük Komitəsinin adına xələl gəlməsin. Ona görə də istintaqda dindiriləkən ifadəmi dəyişdim".

Türkmənistan vətəndaşı A.Baylyyev ifadəsində Azərbaycana qızıl almaq üçün gəldiyini deyib:

"Ziyafət xanım qızılları qanuni yolla keçirəcəyinə söz verdi. Başqa yerlərdən də qızıllar almışdım. Bilsə idim qızıllar qanuni yolla gömrükdən keçirilməyəcək, imtina edərdim".

Daha sonra M.Qasımov da dindirilib. O qeyd edib ki, bu işlə əlaqədar N.Abbasovdan pul almayıb.

Məhkəmənin növbəti prosesi noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.

Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanovadır.

Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.

Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18

ABŞ xarici təyyarələrə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq etdi

29 İyun 2017 01:09

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 01:08

Konfederasiyalar Kubokunda ilk finalçı bəlli oldu

29 İyun 2017 00:49

Çili finala yüksəldi -

29 İyun 2017 00:47

Xəzərdə qayıq qəzaya uğradı

29 İyun 2017 00:38

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı

29 İyun 2017 00:23

“İpək Yolu” Festivalında Polşa və Macarıstan müşiqiçiləri çıxış edib

29 İyun 2017 00:22

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 00:17

Astroloji proqnoz - 29 iyun

29 İyun 2017 00:13

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

29 İyun 2017 00:05

Günün qoroskopu: bir çox işlərinizdə qabağa gedə biləcəksiniz

29 İyun 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 3,3% bahalaşıb

29 İyun 2017 00:01

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb

28 İyun 2017 23:57

Kirayə ev axtaran gənc bir gecədə fenomen oldu - FOTO

28 İyun 2017 23:57

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTO

28 İyun 2017 23:57

Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

28 İyun 2017 23:57

Suyun altında məzun günü keçirildi - VİDEO

28 İyun 2017 23:57

Kürdəmir sakini çayda batdı

28 İyun 2017 23:53

Mançesterdə bomba xəbərdarlığı -

28 İyun 2017 23:53

Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

28 İyun 2017 23:52

Göz qapağı kəsilən, 1 anda canlanan cəsədlər - FOTO - 18+

28 İyun 2017 23:52

60 saniyəyə 47 acı bibər yedi - TARİXƏ DÜŞDÜ - VİDEO

28 İyun 2017 23:47

Sərinləmək üçün buzlu suya girdilər - 40 dərəcə istidə - FOTOLAR

28 İyun 2017 23:38

Həyat yoldaşlarından qorxan kişilər və bilmədiyiniz 20 FAKT

28 İyun 2017 23:37

Baneqa qayıdır

28 İyun 2017 23:37

Bu maşına 10 nəfər mindi - FOTO

28 İyun 2017 23:37

Putinlə Tramp G20 çərçivəsində görüşə bilər

28 İyun 2017 23:36

Putin: "Xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili proseslərinə təsir göstərməyə çalışırlar"

28 İyun 2017 23:32

Tramp Makronun dəvətini qəbul etdi

28 İyun 2017 23:28

Çimərlikdə suya girəndə ehtiyatlı olun - TƏHLÜKƏ!

28 İyun 2017 23:27

Bu hərəkəti ilə futbolda yeni cığır açdı - VİDEO

28 İyun 2017 23:27

Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ?

28 İyun 2017 23:22

"Sezar" salatı haqqında bilmədikləriniz

28 İyun 2017 23:22

Bu qız hər kəsi dəli edir - VİDEO

28 İyun 2017 23:18

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

28 İyun 2017 23:17

Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...

28 İyun 2017 23:12