Bu günüha görə nazil olan 5 bəla

Bu günüha görə nazil olan 5 bəla
22:47 27 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanların haqqını zay etmək günahdır. Bu günaha düçar olan insanı beş bəla gözləyir ki, onlarla tanış olaq:

1. Fərdi və ictimai təhlükəsizliyi aradan gedər. O insanlar ki, başqalarını haqlarından məhrum edərlər, özlərinə qarşı nifrət və kin qazanmaqla yanaşı, qarşı tərəfin abrını aparmış olarlar. Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər insan zirəklik və ya qəfləti üzündən başqasının malına və abrına ziyan vurarsa, misal üçün növbəyə dayanan zaman sıranı pozarsa və ya qarşı tərəfə töhmət vurarsa - əslində özünə ziyan vurmuş olar. Çünki ilk əvvəl öz fərdi təhlükəsizliyini itirər. Sonrakı mərhələdə isə ictimai vəziyyəti təhlükə altına düşər. İmam Həsən Müctəba (ə) buyurur: "Ey Adəm övladı! Qonşularına, dostlarına və yoldaşlarına yaxşılıq və ehsan et ki, müsəlman hesab olunasan. İnsanlarla elə rəftar et ki, səninlə o cür rəftar edilməsini istəyərdin".
2. Ruzisinin bərəkəti gedər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlman qardaşının haqqından nəyisə saxlayar və ona verməz, Allah onu ruzisindəki bərəkətdən məhrum edər". Zülm etmək - haqqun-nasın bir növüdür. İmam Əli (ə) buyurur: "Zülm, addımı haqq və ədalət yolunda titrədər, nemətləri aradan aparar və ümmətləri həlak edər".
3. Duaları yerinə yetməz. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər kim duasının yerinə yetməsini istəyirsə, ruzisini pak etsin və insanların haqqını özünə qaytarsın. Çünki qarnında haram tikə olanın və ya insanların haqqını zay edənin duası Allaha tərəf yuxarı qalxmaz". Allah Təala Həzrət İsaya (ə) vəhy edir: "Həqiqətən, Mən sizlərdən boynunda insanların haqqı olan kəsin duasını yerinə yetirmirəm".
4. Behiştdən məhrum olar. İmam Sadiq (ə) buyurur: "O mömin ki, başqa bir möminin ehtiyacı olan malı saxlayarsa, behişt təamlarının dadına baxa bilməyəcəkdir və rəhiqdən (behişt içkisindən) içə bilməyəcəkdir". Başqa bir hədisdə Həzrət Sadiq (ə) buyurur: "Allah öz zatına and içmişdir ki, üç tayfaya behiştdə yer verməyəcəkdir: 1. O kəs ki, Allahı inkar edər. 2. O kəs ki, İmamı və rəhbəri rədd edər. 3. O kəs ki, müsəlmanın haqqını saxlayar".
5. Cəhənnəm atəşini dadar. İmam Sadiq (ə) buyurur: "O kəs ki, qardaşının malını zülmlə yeyər və ona qaytarmaz, Qiyamətdə cəhənnəm atəşindən yeyər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR