Uşaqlar üçün təhlükəli olan insanlar!

Uşaqlar üçün təhlükəli olan insanlar!
23:05 27 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar uşaqlara qarşı artmaqda olan təcavüz hadisələrinə görə hər birimiz dərindən üzülürük. Artıq valideynlər öz uşaqlarını pisniyyətli insanlardan nə cür qoruyacağına dair müxtəlif həll yollarını qayğılı şəkildə axtarmağa başlamışlar. Əvvəllər valideynlərimiz bizi tanıdığımız qonşu və qohumlarımızla bərabər rahatlıqla buraxa bilərdilərsə, müasir dövrün valideynləri bu addımı atmaqda çətinlik çəkirlər. Bu da təbiidir. Çünki dünyada aparılan araşdırmalar da göstərir ki, uşaqlıqda cinsi təcavüzə məruz qalma hallarının 90%-i yad bir insan tərəfindən deyil, uşağın məhz tanıdığı, inandığı və artıq etibarlı münasibətlər qurduğu insanlar tərəfindən baş vermişdir.
Uşaqlara hər hansı bir şəkildə təcavüz göstərmək istəyən insanlar hər yerdə, hətta sosial, elmi və mədəni insan qrupları arasında belə ola bilər. Onların xüsusi qorxunc görünüşləri yoxdur. Onların zahiri görkəmlərindən kim olduqlarını da müəyyən etmək mümkün olmur. Onlar həqiqi sifətlərini mahir şəkildə gizlətməyi bacaranlardır. Bu da onların əsas aldadıcı cəhətidir.
Amerikanın İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Dövlət Mərkəzi tərəfindən hazırlanmış hesabata əsasən, cinsi təcavüzə məruz qalmış uşaqların 84%-i 12 yaşı tamam olmamış uşaqlardır. Ona görə cinsi təcavüz üçün ən həssas yaş dövrü 9-12 yaş arası hesab edilir. Bu səbəblə, gələcəklərinə ümidlə baxdığımız övladlarımızı təhlükəli insanlardan qorumaq üçün sizə safelyeverafter.com saytının  bir neçə tövsiyələrini təqdim edirik:

Milli.Az vib.az-a istinadən bildirir ki, uşaqlarınıza dəfələrlə xatırladın: Təhlükəli olmayan xoş niyyətli böyük adamlar heç vaxt kiçik uşaqlardan kömək istəmirlər, əgər böyüklərə hər hansı bir kömək lazım olarsa, onlar digər böyüklərdən yardım istəyirlər.
Heç vaxt öz uşağınızı nəzarətsiz qoymayın. Hətta bir dəqiqəlik olsa belə
"Yad və ya tanımadığın adam" sözünü "hiyləgər adam" sözü ilə əvəz edin. Başqa sözlə desək, bu söz onların görünüşünü deyil, onların niyyətlərini göstərir, yəni uşağa nə demək istədiyini və uşaqla nə etmək istədiklərini göstərir, məhz bu xüsusiyyət onları təhlükəli və "hiyləgər" edir.
"Hiyləgər adam" sizin yaxşı tanıdığınız və ya heç tanımadığınız, yaxud da bir az tanıdığınız - məsələn, məhəllə dükanında çalışan satıcı, ya da poçtalyon - və ya digər biri ola bilər. Bir insan ki, uşaqların təhlükəsizliyini pozmağa və onların bədənlərinə zərər toxundurmağa çalışır, həmin insandan artıq ehtiyat edilməlidir.
Öz uşağınıza qulaq asın. Əgər övladınız hər hansı bir şəxsin yanında olmağı istəmirsə, məsələn dayənin, qohumun və ya ailə dostunun, onu buna məcbur etməyin. Bəlkə də bu əlamətlər sizin bilmədiyiniz bir məsələyə işarə edir.
Daha böyük uşaqlarla kiçik uşaqların birlikdə olduğu ortamlarda diqqətli olun. Xüsusilə oyun oynama saatlarında uşaqların olduğu otaqların qapısını açıq saxlayın.
Öz uşaqlarınızla təhlükəslizlik qaydalarını şəxsən məşq edin:
Əgər ticarət mərkəzində itərlərsə, nə etməlidirlər? Əgər hər hansı bir şəxs onlardan yolu soruşarsa və ya kömək istəyərsə, nə deməlidirlər?
Uşaqlarınızın adını onlara məxsus olan hər hansı bir şəxsi əşyalarının və ya geyimlərinin üst və görünən tərəfində yazmayın, məsələn, bel çantasının üzərində və ya gödəkçənin üst tərəfində.
Daha böyük uşaqların hər zaman və mümkün olduqca sıx münasibətləri olan bir dostu olmalıdır. Siz də həmin dostunu və valideynlərini yaxından tanıyın.
Narahatedici hisslər: öz instinktlərinizə inanın və uşaqlarınıza da öz instinktlərinə inanmağın normal olduğunu izah edin.
Səmimi ailə prinsipləri qurun: Ailədə heç bir sirrə izn verməyin. Xüsusilə, əgər bu, intim yerlərə və ya narahatedici toxunuşlara aiddirsə. Bunları hər zaman valideynə danışmaq icazəlidir.
Qoyun, uşaqlarınız özləri öz sevgi hisslərini istədikləri kimi bildirsinlər. Onları başqa birisini -qohumları, tanışları, dostları qucaqlamağa və ya öpməyə məcbur etməyin.
Uşaqlarınızla kifayət qədər vaxt keçirin. Çünki valideyn diqqətinə həsrət qalan uşaqlar təhlükəli insanların tələsinə asanlıqla düşə bilərlər.
 Uşaqlarınızın məktəbdəki və ya məktəbdənkənar məşğuliyyətlərində könüllü kimi iştirak edin. Bununla da, uşaqlarınıza qarşılıqlı təsir göstərənlərin kim olduğunu öyrənin.
Övladınızla güclü ünsiyyət əlaqələrini elə qurun ki, onları nə isə bir məsələ narahat edəndə sizə rahatlıqla danışa bilsinlər.
Təhlükəsizlik anlayışlarını nəvazişlə və yumşaq şəkildə öyrədin. Qorxutmaq taktikası uşağınızın qorxularını artıra bilər və həm də belə taktikaya heç də gərək yoxdur.
Uşaqlara hər hansı bir şəkildə zərər toxundurmaq istəyən insanlar onların ətrafında olan və hələ də nəyin düzgün, nəyin isə səhv olduğunu tam olaraq ayırd edə bilməyən və ya bu barədə öz valideynləri tərəfindən heç bir zaman təlimlənməyən daha böyük uşaqlar və ya yeniyetmələr də ola bilər. Buna görə dəyərli valideynlərimizi öz övladlarına qarşı daha da diqqətli olmağa çağırırıq. Unutmayın ki, övladlarımız Allahın əmanətidir. Onları qorumaq bir valideyn kimi üzərimizə düşən əsas məsuliyyətlərdən biridir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hindistanda çox geniş malikanə - FOTO

24 May 2017 06:32

Britaniyada asayişi hərbçilər qoruyacaq

24 May 2017 06:29

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi

24 May 2017 06:28

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

24 May 2017 06:08

Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

24 May 2017 06:02

Fələstin İsraillə danışıqlara hazırdır

24 May 2017 05:59

Melanya Tramp yenə ərini pərt etdi

24 May 2017 05:39

Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar

24 May 2017 05:37

Yeni parfüm - FOTO

24 May 2017 05:32

Londonda ən yüksək terror təhlükəsi elan edilib

24 May 2017 05:22

Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi

24 May 2017 04:34

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara tapıldı

24 May 2017 04:33

Gözəl Emili - FOTO

24 May 2017 04:32

Ağ Ev: Terrorizmə qarşı koalisiya bütün dinlərin vəzifədir

24 May 2017 04:29

ABŞ raket müdafiə sisteminə 10 mlrd. dollar ayırır

24 May 2017 04:09

"28 May" metrostansiyası qarşısında bıçaqlanma olub

24 May 2017 04:07

Zəvvarları daşıyan avtobus qəzaya uğradı:

24 May 2017 03:41

9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB?

24 May 2017 03:33

Helena yaya hazırlaşır - FOTO

24 May 2017 03:32

Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

24 May 2017 02:42

Ağcabədidə traktor yanıb

24 May 2017 02:36

İran saytında Bakı haqqında FOTOSESSİYA

24 May 2017 02:33

Küllücə tufliləri - FOTO

24 May 2017 02:32

Rusiyaya səfərini yarımçıq qoyacaq -

24 May 2017 02:32

28 May-Respublika Günü Tehranda qeyd edildi

24 May 2017 02:24

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

24 May 2017 02:12

ÜST-ə yeni rəhbər gəldi

24 May 2017 02:04

Ağcabədidə traktor yanıb

24 May 2017 01:54

Putin Filippin prezidenti ilə görüşür

24 May 2017 01:50

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

24 May 2017 01:47

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” -

24 May 2017 01:41

Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

24 May 2017 01:32

Ən məşhur moda şousunun qonaqları - FOTO

24 May 2017 01:32

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - FOTO/VİDEO

24 May 2017 01:28

"Mançester Yunayted" ulduz futbolçuya görə illik 14 milyonundan keçməyə hazırdı

24 May 2017 01:28

Quba sakinlərini hamamda boğub, cəsədlərini çaya atdılar - FOTO

24 May 2017 01:03

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb

24 May 2017 00:57

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

24 May 2017 00:49

Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

24 May 2017 00:47

Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

24 May 2017 00:42

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 00:37

Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

24 May 2017 00:26

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

24 May 2017 00:24

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

24 May 2017 00:23

Afaq, Nərgiz və Tolik Bodrumda dincəlir - FOTO

24 May 2017 00:12

Astroloji proqnoz - 24 may

24 May 2017 00:08

Əlidən etiraf: "Kaş ki..." - VİDEO

24 May 2017 00:05

Günün qoroskopu: əsəb sisteminizə çox yük düşür

24 May 2017 00:05

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

23 May 2017 23:57

Üz üçün “Minus 10" maskası

23 May 2017 23:57