Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nişanlandığı deyilən Ayan: “Qismət nədirsə, o olacaq”

Nişanlandığı deyilən Ayan: “Qismət nədirsə, o olacaq”

Date: 27 October 2016 23:12

Müğənni Ayan Babakişiyeva özəl həyatı ilə yenidən gündəmə gəlib. Müğənni barmağındakı təkqaş üzüyün fotosunu paylaşıb və "Ey canımın sahibi yar, sən mənimlə olduqdan sonra itirdiklərimin nə önəmi var" şərhini yazıb.

Müğənninin bu addımı nişanlandığı barədə xəbərlərin yayılmasına səbəb olub. Hətta izləyiciləri müğənnini təbrik edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, A.Babakişiyeva şəxsi həyatı ilə bağlı danışmaq istəmir: "Qismət nədirsə, o olacaq. Şəxsi həyatım barədə danışmaq istəmirəm. Susmaq haqqımdan istifadə edirəm. Hər şeyi zaman bəlli edəcək".

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan müğənni orada restoran biznesi ilə məşğuldur.

Milli.Az


Tags:  Nişanlandığı deyilən Ayan Qismət nədirsə olacaq

RƏYLƏR


Top news