Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstana səfərə gəlib

İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstana səfərə gəlib

Date: 27 October 2016 23:17

Tbilisi. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 27-də Gürcüstana səfərə gəlib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Ş.Mustafayev oktyabrın 28-də bu ölkənin prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşəcək.
Görüşlərdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Ş.Mustafayev həmçinin Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Azərbaycan xalqının ümummilli liderinin abidəsini və Gürcüstanın “Qəhrəmanlar abidəsi”ni ziyarət edəcək. 

Tags:  İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstana səfərə gəlib


RƏYLƏR


Top news