Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hamilələrin gigiyenası

Hamilələrin gigiyenası

Date: 27 October 2016 23:22

Hamiləlik dövrü qadın orqanizminin bütün orqanları normal fəaliyyət göstərir. Ancaq yüklənmiş vəziyyətdə, bu inkişaf edən dölün tələblərinə uyğun olaraq baş verir. Hamilə qadının həyat tərzi normal olduqda bu adi sayılır. Qida rejiminin pozulması, yorğunluq, başqa faktorların hamilə qadına təsiri, bədənin gigiyena qaydalarının pozulması hallarında, hamiləliyin gedişində dəyişiklik baş verir və müxtəlif ağırlaşmalar meydana çıxır. Bu ağırlaşmaların baş verməməsi üçün hamiləlik zamanı gigiyena qaydalarına ciddi riayət eləmək lazımdır. Bunun üçün aşağıdakı tədbirlərə əməl olunmalıdır:
* qadının sağlamlığının saxlanılması və möhkəmləndirilməsi
* dölün düzgün inkişafı
* doğuş və zahılıq dövrünün normal keçməsi
* qadın orqanizminin uşağın döşlə əmizdirilməsinə hazırlanması.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qadının həyat tərzi hormal keçərsə, hamiləlik zamanı heç bir xüsusi dəyişiklik baş vermir. Normal hamiləlik vaxtı qadın adi işləri yerinə yetirə bilir və yüngül idmanla məşğul ola bilər. Normal fiziki və zehni iş hamilə qadın üçün faydalıdır. Bu qadına müsbət təsir göstərir və qadının sinir, ürək-damar, tənəffüs, qan dövranı, maddələr mübadiləsinə yaxşı təsir göstərir.
Hərəkətsizlik, uzun müddət oturaq və yataq həyat şəraiti qadında piylənməyə, qəbizliyə, əzələ sisteminin zəiflməsinə səbəb olur. Hamiləlik zamanı ağırlıq qaldırmaq və həddindən artıq yorulmaq olmaz. Əgər hamilə qadın işləyirsə, o fasilə zamanı təmiz havada gəzməlidir. Bu hamilıə qadının yorğunluğunu aradan qaldırır və psixi vəziyyətinə yaxşı təsir edir. Hamilə qadın gün ərzində ən az 8 saat yatmalıdır. Hamiləlik zamanı spirtli içki qəbulu, siqaret çəkmək qəti qadağandır.
Milli.Az


Tags:  Hamilələrin gigiyenası

RƏYLƏR


Top news