FIFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından “Elazığspor”un 12 xalı silinib. Fanat.Az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti yerli mətbuata açıqlama verib.
Klub rəsmisinin bildirdiyinə görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın “Soşo” klubuna olan borclarının ödəməməsi olub.
Bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.
Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Cavid İmamverdiyev 2014/15 mövsümündə "Elazığspor"da çıxış edib.
Fanat.Az