Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vergilər Nazirliyi “ASAN İmza”sı olanlara müraciət edib

Vergilər Nazirliyi “ASAN İmza”sı olanlara müraciət edib

Vergilər Nazirliyində yeni təyinatlar olub (13 Mart 2017 09:32)
Vergilər Nazirliyinin departament rəhbəri dəyişdi (13 Mart 2017 09:23)
Vergilər Nazirliyi auditor şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb (10 Mart 2017 14:42)

Tarix: 27 Oktyabr 2016 23:32

Bakı. 27 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzi “ASAN İmza” sertifikatı olan vergi ödəyicilərinə müraciət edib. 
Bu barədə “Report”a nazirliyin Analitik-İnformasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, “ASAN İmza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin oktyabr və növbəti aylarında bitəcək. Buna görə də vergi ödəyiciləri “ASAN İmza” sertifikatının yenisini almaq üçün qüvvədə olan ASAN imzası vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.
Vergi ödəyiciləri “ASAN İmza” ilə əlaqədar əlavə sual yaranarsa, Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.

Teqlər:  Vergilər Nazirliyi ASAN İmzası olanlara müraciət edib



RƏYLƏR


Top xəbərlər