"Namaz qılmağa imkan olmadığı üçün işdən çıxmaq istəyirəm..."

"Namaz qılmağa imkan olmadığı üçün işdən çıxmaq istəyirəm..."
23:42 27 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideyn­lərin qəzəbi ilədir". (ət-Tirmiz, 1899).

Milli.Az zikr.az-a istinadən bildirir ki, lakin, namaz Allahın haqqıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Ona görə siz valideynlərlə gözəl davranmalı və halal şeylərdə onlara itaət etməlisiniz, amma namazı heç bir halda dayandırmaq olmaz. Onları gözəl əxlaqla dəvət edin, indiki iş yerinizdə namazları vaxtında qılmağa cəhd edin, həmçinin Allaha dua edərək daha xeyirli iş yeri axtarın. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!.." (əl-Bəqərə, 45).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR