Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəzi səhabələrə verilmiş “bədri” ləqəbi nəyi bildirirdi?

Bəzi səhabələrə verilmiş “bədri” ləqəbi nəyi bildirirdi?

Date: 27 October 2016 23:52

Bədr savaşı müsəlmanlarla Məkkə müşrikləri arasında ilk böyük savaş sayılır. Bu savaş hicri 2-ci il ramazan ayının 17-də (miladi 624-cü ilin mart ayı) Mədinədən 120 km. cənub-qərbdə, Qırmızı dəniz sahillərindən 20 km. məsafədə yerləşən Bədr quyularının yaxınlığında baş vermişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəlmanların qələbəsi ilə başa çatmış Bədr savaşı Quranda "fürqan günü", yəni haqla batilin fərqləndiyi, ayırd edildiyi gün adlandırılır (Ənfal, 41).

Bədr döyüşünün iştirakçıları sonralar da səhabələrin içində öz üstünlükləri ilə seçilirdilər. Belə ki, onları ayrıca bir təbəqə olaraq "bədri" (cəm halında "bədriyyun") adlandırırlar. Bədrilər fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı. Hər hansı məsələdə bir bədri səhabənin şahidliyi həlledici amil kimi qəbul edilirdi.

Milli.Az


Tags:  Bəzi səhabələrə verilmiş bədri ləqəbi nəyi bildirirdi

RƏYLƏR


Top news