Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cinsi gücü artıran 11 qida 11 qida - SİYAHI

Cinsi gücü artıran 11 qida 11 qida - SİYAHI

Date: 27 October 2016 23:57

Milli.Az lent.az-a istinadən afrodizyak təsiri olan və cinsi gücü artıran qidaların siyahısı ilə sizi tanış edir.

Çuğundur yarpağı
 

Çuğundur yarpağının afrodizyak təsiri əsrlərdir məlumdur. Tünd yaşıl yarpaqlı bu bitkinin tərkibində olan mineral və antioksidantlar ətrafdakı çirkli maddələrin libidoya mənfi təsirə mane olur.
 
Zeytun yağı
 
Antioksidantla zəngin zeytun və zeytun yağı əsrlərdir sağlamlıq üçün istifadə edilir. Yunanlar onun kişiləri gücləndirdiyini düşünürlər. Zeytun yağı mono doymamış və poli doymamış yağ qaynağıdır. Bu yağlar ürək sağlamlığını, qan dövranını yaxşılaşdırır və hormon istehsalını dəstəkləyir. Ümumi olaraq sağlamlığa yaxşı təsir edən qidalar cinsi həyat üzərində də müsbət təsirlərə malikdir.
 
Avokado
 
İstər cazibədar armud şəkli olsun, istər bir meyvə olaraq zəngin dadı avokadonun afrodizyak kimi məşhur edib. Mütəxəssislərin fikrincə, bu meyvənin tərkibində bol miqdarda E vitamini var. Bu isə romantik duyğular və güclü hisslər yaradır. E vitamin yüksək enerji səviyyəsinin qorunmasında da faydalıdır.
 
Balıq qulağı
 
Afrodizyak təsirli qidalardan olan balıq qulağının tərkibində sink yüksəkdir. Romantik anlar, güclü hisslər və məhsuldarlıq üçün müsbət təsirlərə malikdir. Araşdırmaların nəticələrinə görə, balıq qulağının tərkibində olan bəzi amin turşuları cinsiyyət hormonlarının istehsalını artırır.
 
Banan
 
Bananın afrodizyak təsirli qidalardan biri olması məlumdur. Lakin qida tərkibi də elmi olaraq bu təsirini gücləndirir və sübut edir. Bananın tərkibində bromelain adlı ferment var. Bu ferment testosteron istehsalını artırır. Banandakı bol kalium və B vitamini isə enerji səviyyəsini yüksəldir.
 
Əncir
 
Əncirin tərkibində olan yüksək miqdarda antioksidantlar və kalium cinsi istəyi və enerji səviyyəsini artırmaq üçün faydalıdır.
 
Şokolad
 
Şokolad dadından qoxusuna qədər onsuz da hissləri oyadan qidadır. Lakin bununla yanaşı, qara şokolad dopamin səviyyəsini yüksəldir. Bu maddənin ifrazı zövq və həzz hisslərini artırır.
 
Qəhvə
 
Qəhvənin tərkibindəki kafein ürək döyüntüsünü artırır və qan dövranını sürətləndirir. Bu səbəbdən də qədərində yeyildikdə insanın ehtiraslanmasını təmin edir. Dişi siçanlar üzərində aparılan araşdırmalardan biri sübut edib ki, kafein dişilərə daha çox cinsi güc verir.
 
Bal
 
Balın tərkibində zəngin bor maddəsi var. Bor estrogen və testosteron səviyyələrini yüksəldir. Eyni zamanda təbii enerji artırıcıdır.
 
Acı bibər

 
Bu canlandırıcı ədviyyatın ekzotik populyarlığı və canlı qırmızı rəngi var. Ona görə də həm afrodizyak kimi tanınır, həm də eşq simvolu kimi. Ancaq bu inancları elmi araşdırmalar da dəstəkləyib. Acı bibər beynin özünü yaxşı hiss etmə kimyəviləri olan endorfin istehsalını artırır. Eyni zamanda, ürəyin döyünmə sürətini artırır və tərlədir. Bunların hamısı insanı cinsi xəbərdaredici reaksiyalar verməsinə səbəb olur.
 
Qarpız
 
Aparılan elmi araşdırmalara görə, likopen anbarı olan qarpızın bədən üzərində "Viagra" kimi təsiri var. Bunun səbəbi qan damarlarının rahatlanması və qan dövranını daha yaxşı hala gətirməsidir. Tərkibindəki bol miqdarda şəkər də insanın enerji səviyyəsini yüksəldir. Həmçinin, su tərkibi yüksək olduğu üçün susuzluqdan yorulan insanların da bu problemini həll edir.

Mili.Az


Tags:  Cinsi gücü artıran 11 qida 11 qida SİYAHI

RƏYLƏR


Top news