Azərbaycanın futbol üzrə I divizionun “Bakılı” - “Mil-Muğan” (3:2) oyununda maraqlı olaybaş verib.
Qələbə qolunu 90+3-cü dəqiqədə vuran Vurğun Həsənzadə “Bakılı”nın prezidenti Misir Əbilova tərəf qaçaraq “premiyamızı verin!” - deyə müraciət edib. Klub rəhbərlərindən biri futbolçunun istəyini dərhal yerinə yetirməyə çalışıb və cibindən 100 dollar çıxararaq əlini meydana tərəf uzadıb.
Maraqlıdır ki, qol vuran futbolçu da pulu almaq üçün həmin istiqamətdə qaçmağa başlayıb. Yalnız dördüncü hakimin müdaxiləsindən sonra futbolçunu saxlamaq mümkün olub. (“Qafqazinfo”)
Fanat.Az