Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı

Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı

Tarkan şoka düşdü (21 Mart 2017 12:54)
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı (19 Mart 2017 18:32)
Aşıq Vüqar Filarmoniyada konsert verəcək (23 Fevral 2017 09:14)

Tarix: 28 Oktyabr 2016 01:06

Aşıq Əlinin idarə etdiyi iki avtomobillə bağlı cərimələrin məbləği 4 min manata yaxın olub, cərimə balları isə 24-ə çatıb.

Axşam.az avtosfer.az-a istinadən xəbər verir ki, bu səbəbdən də Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsinə çağırılan Aşıq Əlinin sürücülük hüququ 6 ay müddətinə məşdudlaşdırılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Aşıq Əlinin sürücülük hüququnun məhdudlaşdırıldığını təsdiq edib. Bu qərar onun cərimə ballarının 20-ni ötməsi və təyin edilmiş cərimələri vaxtında ödəmədiyi üçün qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsaslandırılıb.

Sayt yazır ki, Aşıq Əlinin sürücülük hüququ ilk dəfə məhdudlaşdırılmır. Belə ki, 2013-cü ildə onun sürücülük hüququ yenə də 6 ay müddətinə məhdudlaşdırılıbmış. Bu dəfə də səbəb cərimələri vaxtında ödəməməsi və cərimə ballarının çox olması olub.


Teqlər:  Aşıq Əlinin sürücülük vəsiqəsi əlindən alındı



RƏYLƏR


Top xəbərlər