Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi

Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi
01:06 28 Oktyabr 2016
256 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Axşam.az-ın məlumatına görə, bu barədə ifaçının yaxınları azadinform-a məlumat verib.

Onların sözlərinə görə, S.Əlizadənin halı saat 23:00 radələrində qəfildən pisləşib.

Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb:

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR