Selfi çəkən qız öldü – Azərbaycanda bədbəxt hadisə

Selfi çəkən qız öldü – Azərbaycanda bədbəxt hadisə
01:36 28 Oktyabr 2016
358 Şou
Ölkə mətbuatı
A- A+

Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR