Ardaya maşın verdilər, sürə bilmədi

Ardaya maşın verdilər, sürə bilmədi
02:39 28 Oktyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

“Barselona”nın futbolçusu Arda Turan zədələnib. Apasport.az saytının məlumatına görə, türk futbolçu “Espanyol”la Kataloniya superkuboku uğrunda oyunda xəsarət alıb.

 

Matçın gedişində sağ ayağına zərbə alan futbolçu kənara gəlmiş, ilkin müdaxilədən sonra oyuna davam etmişdi.

 

Onun La Liqanın növbəti turunda “Qranada” ilə oyunda heyətə düşəcəyi ehtimalı olmasa da, Çempionlar Liqasında “Mançester Siti” ilə matçda oynaya biləcəyi güman edilir.

 

Qeyd edək ki, klubun sponsorlarından olan “Audi” avtomobil firmasının oyunçulara maşın hədiyyə etmə mərasiminə sağ ayağı sarğıda gələn futbolçu zədəyə görə ona hədiyyə edilən avtomobili də sürə bilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR