Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kerridən Ankaraya dəstək mesajı

Kerridən Ankaraya dəstək mesajı

Tarix: 28 Oktyabr 2016 03:09

ABŞ Suriyadakı vətəndaş müharibəsi və qaçqın problemi kimi mühüm məsələlərin həlli üçün Ankara ilə işləməyə hazırdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri 29 Oktyabr - Türkiyə Cümhuriyyətinin elanı Günü münasibəti ilə Türkiyə xalqına ünvanladığı  təbrikdə bildirib.   

 

Dövlət katibinin sözlərinə görə,  Türkiyədə bir müddət əvvəl törədilən terror aktlarının fonunda bu səylər xüsusi aktuallığa malikdirlər: “ABŞ ədalət, təhlükəsizlik və sabitlik naminə Türkiyə və digər tərəfdaş ölkələrlə bu problemləri həll etməyə hazırdır”. 


Teqlər:  Kerridən Ankaraya dəstək mesajı



RƏYLƏR


Top xəbərlər