Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin hələ təqaüdə çıxmaq niyyətində olmadığını bildirib

Putin hələ təqaüdə çıxmaq niyyətində olmadığını bildirib

Date: 28 October 2016 04:32

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin hesab edir ki, onun hələ təqaüdə çıxmaq yaşı çatmayıb.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı beynəlxalq diskussiya klubu "Valday"ın iclasındakı çıxışında bildirib
"Hörmətli moderator mənə təqaüdə sağ-salamat çıxmağı arzuladı, mən həmçinin bunu özümə arzu edirəm. Lakin nə vaxt ki, zaman gələcək onda təqaüdə çıxacam. Bu çox düzgündür və onu etmək lazımdır.
Amma mən hələ ki təqaüd yaşımda deyiləm. Böyük dövlətin hakimiyyətdə olan rəhbəri təmkinli olmalı, öz ifadələrində təcavüzkarlıq nümayiş etdirməməlidir" – deyə Putin qeyd edib.
Putinin sözlərinə görə, təcavüzkarlıq onun stili deyil. 

Tags:  Putin hələ təqaüdə çıxmaq niyyətində olmadığını bildirib


RƏYLƏR


Top news