Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
04:42 28 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 28 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə geçə saatlarında şəhərin Kəpəz rayon İcra Hakimiyyətinin önündə qeydə alınıb.
Beləki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Namazov Ramin Yunis oğlu həmin ərazidən keçərkən tanımadığı şəxs tərəfindən döş qəfəsinin sol yanından bıçaqlanıb. Yaralı Təcili Tibbi Yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 
Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağırdır.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib.   
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gence-sakini-namelum-sexs-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR