Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vasif Talıbov görkəmli bəstəkar Tofiq Bakıxanovla görüşüb

Vasif Talıbov görkəmli bəstəkar Tofiq Bakıxanovla görüşüb

Eynali bey Sultanov's 150th anniversary marked in Nakhchivan (03 December 2016 19:46)
Administrative building of Julfa district department of Nakhchivan State Security Service opens (02 December 2016 21:46)
Shahtakhti village school named after Academician Zarifa Aliyeva opens in Nakhchivan (28 November 2016 21:46)

Date: 28 October 2016 05:47

Bakı. 28 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov ilə görüşüb.
"Report" xəbər verir ki, Ali Məclisin sədri qonağı salamlayaraq, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Vasif Talıbov ona yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq edib.

Tags:  Vasif Talıbov görkəmli bəstəkar Tofiq Bakıxanovla görüşüb


RƏYLƏR


Top news