Bernhard Lippert: "Azərbaycan millisi yaxşı oyun üslubu nümayiş etdirə bilmədi"

Bernhard Lippert: "Azərbaycan millisi yaxşı oyun üslubu nümayiş etdirə bilmədi"
06:32 28 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ “İngiltərə millisi ilə oyunda futbolçularımız əzmkarlıq göstərdilər. Amma təəssüf ki, oktyabrın 27-də keçirilən oyunda məyus olduq”.
Bu sözləri “Report”un Şərqi Avropa bürosuna AFFA-nın Texniki Departamentinin direktoru Bernhard Lippert 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində Avstriya ilə oyunundan sonra bildirib.
AFFA rəsmisi qeyd edib ki, futbolçular meydana motivasiyalı çıxıb mübarizə aparsalar da, əvvəlki qarşılaşma ilə müqayisədə yaxşı oyun üslubu nümayiş etdirə bilməyiblər.
Bernhard Lippert oyunda millimizin qapışısı Muhammed Can Tuncerin və hücumçu Xaqani Sadıqovun inamlı oyunlarını xüsusi vurğulayıb. O, qarşıda millimizin Rumıniyaya qarşı çox çətin oyunun gözləyəcəyini bildirib.
“Təəssüf ki, bizim yarımmüdafiəçimiz Mutlu Doğan zədələnib. O, topu özündə yaxşı saxlayır, oyunun gedişini oxuyur, yaxşı ötürmələr edir. Onsuz bizim üçün çətin olacaq. Bu gün gördüyüm oyundan sonra Rumıniya millisinə qarşı yaxşı nəticə üçün müsbət proqnoz verməkdə çətinlik çəkirəm.”- deyə B. Lippert qeyd edib.
Xatırladaq ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin son turunda Azərbaycan millisi ev sahibi Rumıniya yığması ilə qarşılaşacaq. Görüş oktyabrın 30-da Bakı vaxtı ilə saat 16-da Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının Futbol Mərkəzinin stadionunda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bernhard-lippert-azerbaycan-millisi-yaxsi-oyun-uslubu-numayis-etdire-bilmedi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR