Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenko Ərdoğanla razılığa gəldi

Poroşenko Ərdoğanla razılığa gəldi

Date: 28 October 2016 06:34

Ukrayna prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı  azad ticarət zonası barədə danışıqların sürətləndirilməsi ilə bağlı razılıq əldə olunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında dərc edilmiş məlumatda bildirib.

 

Poroşenko telefon tanışı zamanı  türk xalqını Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib.

 

Türkiyə tərəfi bundan əvvəl Ukrayna ilə  azad ticarət zonası barədə danışıqları bu ilin sonunadək, yaxud 2017-ci ildə yekunlaşdırmaq niyyətində olduğunu bildirmişdi.

 

 

Bundan başqa tərəflər həmçinin Krım yarımadasında insan haqları ilə bağlı vəziyyəti müzakirə ediblər. 


Tags:  Poroşenko Ərdoğanla razılığa gəldi


RƏYLƏR


Top news