Tavada kəsmikli tort

Tavada kəsmikli tort
07:05 28 Oktyabr 2016
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az tavada kəsmikli tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

340 q un 
220 q kəsmik
180 q şəkər pudrası
10 q soda
2 yumurta
0,5 l süd
200 q şəkər tozu
2 q vanil 
50 q qoz
60 q tünd şokolad 

Krem: 1 yumurta, şəkər tozu, 20 q un və vanili qarışdırın. Süd qatıb qarışdırın. Çalışın, lopa qalmasın. Sonra bu kütləni vam odun üzərində qarışdıraraq 5 dəqiqə bişirin. Kənara qoyun. 

Kəsmiyə söndürülmüş soda qatıb qarışdırın. 1 yumurtanı şəkər pudrası ilə çalın, unun qalanını qatıb xəmir yoğurun.  8 yerə bölüb kündələyin. Hər birini nazik yayın. Çəngəllə müxtəli yerlərindən deşin. 
Quru tavada hər iki üzü qızaranadək bişirin. 
Korjları aralarına krem çəkməklə üst-üstə düzün. Tortun üzərinə və kənarlarına da krem çəkin. Üzərinə şokolad yonqarı və xırdalanmış qoz səpin. 
Otaq temperaturunda bir neçə saat saxladıqdan sonra soyuducuya qoyun.  Bir gecə qalsa, daha yaxşı olar, amma soyuducuda 4 saat saxladıqdan sonra da yumşaq olur. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/482375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR