Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı yenidən artmağa başlayıb

Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı yenidən artmağa başlayıb
08:05 28 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bank müştərilərinin kredit hesabları yenidən artmağa başlayıb (20 İyun 2017 10:47)
AMB-nin banklara tələbi yenidən artmağa başlayıb (08 May 2017 19:37)
Komitədən xəbərdarlıq: Təkuşaqlı ailələrin sayı daha da arta bilər (29 Mart 2017 13:57)

Azərbaycanda son illər ərzində ailələrdə 5-ci və daha çox uşağın doğulması halları yenidən artıb.

Milli.Az bildirir ki, Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, Azərbaycanda ailələrdə 5-ci və daha sonrakı uşağın doğulması halları daha çox 1995-ci ildə müşahidə edilib. Həmin ildə doğulan 5294 uşaq (bütün diri doğulanların 3,7 faizi) ailənin 5-ci və daha sonrakı uşağı olub.

Lakin 2000-ci ildə bu rəqəm təxminən 2 dəfəyədək azalıb. Həmin ildə ailənin 5-ci və daha sonrakı uşağı kimi doğulanların sayı 2940-a (bütün diri doğulanların 2,5 faizi) enib. Bu rəqəm sonrakı illərdə də getdikcə azalmağa doğru dəyişib. 2005-ci ildə Azərbaycanda 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 körpə ailənin 5-ci və daha sonrakı uşağı kimi dünyaya göz açıb.

Ancaq 2012-ci ildən etibarən ailədə 5-ci və daha sonrakı uşaq kimi dünyaya gələnlərin sayı yenidən artmağa başlayıb. 2012-ci ildə Azərbaycanda doğulan 752 (bütün diri doğulanların 0,4 faizi), 2013-cü ildə 846 (bütün diri doğulanların 0,5 faizi), 2014-cü ildə 1222 (bütün diri doğulanların 0,7 faizi), 2015-ci ildə 1108 körpə (bütün diri doğulanların 0,7 faizi) ailənin 5-ci və daha sonrakı uşağı olub.

Əvvəllər ailədə 5-ci və daha çox uşağın doğulması hallarına daha çox kəndlərdə rast gəlinirdisə, son illərdə belə uşaqların doğulması halları üzrə göstəricilər şəhər və kənd yerləri üzrə demək olar ki, bərabər şəkildə paylaşılıb.

Belə ki, 1995-ci ildə şəhər yerləri üzrə diri doğulanların 2,1 faizi, kənd yerləri üzrə 5,1 faizi ailənin 5-ci və daha sonrakı uşağı olub. 2005-ci ilədək bu məsələdə kəndlərdə yaşayan ailələr üstün olsalar da, sonrakı illərdə şəhər və kənd yerlərində 5-ci və daha sonrakı uşaq kimi doğulanların sayında fərq az müşahidə olunmağa başlayıb.

2013-cü ildə həm şəhər, həm də kənd yerlərində diri doğulanların 0,5 faizi, 2014-cü ildə 0,7 faizi ailənin 5-ci və sonrakı uşağı olub. 2015-cü ildə isə şəhər yerləri üzrə bu göstərici 0,6 faiz, kənd yerləri üzrə 0,7 faiz olub.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da Trend-ə verdiyi açıqlamasında Azərbaycan ailəsində artıq 4 və 5 uşaqlı ailələrin sayının artdığını söyləmişdi: "10 il əvvəllə müqayisə etsək görərik ki, artıq Azərbaycan ailəsi 2 uşaqlı ailədən 4-5 uşaqlı ailəyə keçməyə cəsarət edir. Təbii ki, hər kəs bunu öz imkanları baxımından edir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova isə Trend-ə bildirib ki, bu gün Azərbaycan ailəsində say baxımından 2-3 uşaqlı ailələr çoxluq təşkil edir. Lakin son illərdə 4-5 uşaqlı ailələrində də sayı artır. Onun sözlərinə görə, bu, daha çox əkiz və üçəm uşaqların doğulması hallarının artması ilə bağlıdır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda bahalı avtomobil qəzaya düşdü - Prsopektdə hərəkət iflic oldu - FOTO

29 İyun 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

29 İyun 2017 09:42

Bakının əsas prospektində qəza: xəsarət alanlar var

29 İyun 2017 09:39

Prezidentin "G20" sammitində iştirakı ləğv olundu

29 İyun 2017 09:38

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

29 İyun 2017 09:36

"Zirə" avrokuboklarda debüt edir

29 İyun 2017 09:32

FHN Masallıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

29 İyun 2017 09:27

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (29.06.2017)

29 İyun 2017 09:27

“Unicapital” investisiya şirkəti mənfəətini 3 dəfə artırıb

29 İyun 2017 09:27

Şimali Koreyadan TƏHDİD: "Edam edəcəyik" - VİDEO

29 İyun 2017 09:23

Neft bahalaşdı

29 İyun 2017 09:18

Ana və oğlu qəzada öldü

29 İyun 2017 09:14

Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, 3 nəfər xəsarət aldı

29 İyun 2017 09:13

Rakkada 173 dinc sakin həlak olub

29 İyun 2017 09:05

Uşağa hansı adları qoymaq məsləhətdir?

29 İyun 2017 09:05

Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu

29 İyun 2017 09:04

"BMW X 5" Bakıda qəza törətdi

29 İyun 2017 09:03

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 08:57

Diabet üçün 6 şəfalı bitki və maddə

29 İyun 2017 08:57

Çinin sədri Rusiyaya səfəri zamanı Medvedev ilə görüşəcək

29 İyun 2017 08:55

Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

29 İyun 2017 08:52

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib

29 İyun 2017 08:52

Xalçanın üzərindəki tozla təyəmmüm etmək olarmı?

29 İyun 2017 08:52

ABŞ xarici təyyarələrə dair yeni qaydalar elan etdi

29 İyun 2017 08:47

Şəkəri salan qidalar

29 İyun 2017 08:47

KXDR rəhbərliyi Cənubi Koreyanın keçmiş prezidentini edam etmək istəyir

29 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

29 İyun 2017 08:47

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 08:42

Hənzələ qəsilül-məlaikə kimdir?

29 İyun 2017 08:42

Kvadrat qarpızlar bazara çıxır

29 İyun 2017 08:38

Varşava - Berlin qatarı dayandırılıb

29 İyun 2017 08:37

Düyü suyunun faydaları

29 İyun 2017 08:37

Yeməyin müstəhəbbatı hansılardır?

29 İyun 2017 08:32

Azərbaycanda qız üstündə qanlı dava: öldürüb qamışlığa atdılar

29 İyun 2017 08:29

Mərakeşdə etirazlar zamanı 80 polis yaralanıb

29 İyun 2017 08:27

Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas ediblər

29 İyun 2017 08:27

Dözülməz diz ağrılarına qarşı təbii yollar

29 İyun 2017 08:27

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 08:22

“Xovf və rəca arasında olmaq” nə deməkdir?

29 İyun 2017 08:22

Konfederasiyalar Kuboku: İkinci finalçı kim olacaq?

29 İyun 2017 08:17

Qulaq ağrısına qarşı təbii üsul

29 İyun 2017 08:17

Venesuelanın baş prokuroruna ölkəni tərk etməyə qadağa qoyulub

29 İyun 2017 08:15

Azərbaycan yerli velosipedlərin satışına başlayır - Qiyməti 70-2500 manat arası

29 İyun 2017 08:15

NATO-nun müdafiə nazirlərinin görüşü keçiriləcək

29 İyun 2017 08:12

Səcdədə hansı bədən üzvləri yerə dəyməlidir?

29 İyun 2017 08:12

Braziliyada naməlum şəxslər avtomobillə prezidentinin iqamətgahına daxil olmağa çalışıblar

29 İyun 2017 08:12

Təqvim dəyişib - Gələn il Bakıda "Formula 1"lə bağlı problem ola bilər?

29 İyun 2017 08:05

The Foreigner filminin ilk traileri - VİDEO

29 İyun 2017 08:05

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 08:05

Avrkubokda yeni mövsüm başlayır: “Qəbələ”nin gözü Batumidə

29 İyun 2017 08:05