Komitə sədri: "İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar"

Komitə sədri: "İnsanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar"
08:12 28 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəzi şəxslər xarici ölkələrdə Azərbaycandakı klinikalardan o qədər də yüksək səviyyədə tibbi xidmət göstərməyən klinikalarda müalicə alırlar, sonra da o klinikaları Azərbaycanda təbliğ edirlər, insanlar da onlara inanır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, belə hallar çoxdur: "Belə hallara qarşı mübarizə aparmalıyıq. Almaniyanın tibb sahəsində tanınmış bir mütəxəssisini Azərbaycana dəvət etmişdim. O, burada Tibb Universitetində mühazirə oxudu, bir sıra tibb mərkəzlərində oldu. Sonra mənə dedi ki, Azərbaycandan insanların müalicə üçün niyə Almaniyaya gəldiyinə təəccüb edirəm. Mənim orada etdiklərimi Azərbaycanda bir çox mərkəzlərdə də edirlər".

Komitə sədrinin sözlərinə görə, bunun səbəblərindən biri odur ki, insanlarımız xarici klinikaları Azərbaycanda təbliğ edirlər: "Azərbaycanda insanlarda həkimlərə qarşı nifrət hissi yaradırlar, Azərbaycanda mütəxəssis olmadığını deyirlər və s. Təəssüf ki, hətta savadlı ziyalılarımız da bunlara inanır və müalicə olunmaq üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar və Azərbaycanda olan klinikalardan qat-qat aşağı səviyyəli klinikalarda böyük məbləğdə vəsait xərcləyirlər".

Ə.Əmiraslanov qeyd edib ki, burada həkimlərin, mütəxəssislərin də günahı var: "Biz gördüyümüz işləri, həyata keçirdiyimiz müalicə, diaqnostika tədbirlərini yaxşı təbliğ edə bilmirik, insanlara lazımınca çatdıra bilmirik. Hər bir tibb işçisi bu sahədə çox fəal olmalı və görülən işlərin təbliğini aparmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR