"Qorxdum ki, sevgilimi öldürəcək, məni isə zorlayacaq" - FOTO

"Qorxdum ki, sevgilimi öldürəcək, məni isə zorlayacaq" - FOTO
08:22 28 Oktyabr 2016
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

26 yaşlı model və aktyor Cordan Qratuik (Jordan Gratwick) faciəli şəkildə dünyasıı dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, İngiltərədə əylənmək üçün bir gecə klubuna gedib. Model partidə tanış olduğu Laima Sinka və Brendon Hersi cütlüyü ilə əyləncəli gecə keçirmək üçün onların evinə gedib.

Brendonun atasının 1,5 milyon dollarlıq malikanəsində qonaq olan model narkotik maddə və spirtli içkini istifadə edərək qarışdırıb. Birdən halı pisləşən Cordan ölüb.

Laima adlı qız ifadə verərək deyib:

"Sevgilimlə sevişərkən bizi izləmək istədiyini dedi. Brendon Cordandan xahiş etdi ki, mənə toxunmasın. Mən isə getmək istədiyimi dedim. Cordan çox pis görünürdü, birdən Brendonun boğazından tutdu. Mən qorxdum ki, sevgilimi öldürəcək, məni isə zorlayacaq".

Laima onların mübahisə edərək çölə çıxdığını, az sonra Cordanın ağzından köpük gəldiyini və yıxıldığını deyib. Gənc cütlük dərhal Cordanın atasına zəng vurub. Lakin təcili tibbi yardım gələnə qədər aktyor ölüb..

Cordanın sevgilisi də açıqlamasında onun alkoqol problemi olduğunu və uzun müddətdir bundan müalicə olunduğunu bildirib. Lakin idmana həvəsli olan gənc modelin qanında narkotik maddə, stereoid və əzələ şişirtmək üçün digər maddələr olub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR