Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yeni tip məlumat daşıyıcısı - çiplər yaratdılar

Yeni tip məlumat daşıyıcısı - çiplər yaratdılar

​Robotlar dünyanı ələ keçirəcək (01 Mart 2017 11:24)

Tarix: 28 Oktyabr 2016 08:27

Amerikalı fiziklər yeni yığcam məlumat daşıyıcısı təqdim ediblər. Tədqiqat "Science Advances" jurnalında dərc edilib.

Trend "lenta.ru"-ya istinadən məlumat verir ki, fiziklər tərəfindən yaradılan üçölçülü almaz çipində yaddaşın saxlanılması üçün azotla əvəz edilmiş vakansiyalardan (karbon atomunun ləğvi və onun azot atomu ilə əvəz edilməsi zaman yaranan kristal qəfəs defekti) istifadə olunur.

Bu, azotun atomlarının spinlərinin manipulyasiyası üçün geniş imkanlar açır ki, bu da müəlliflər tərəfindən lazerin köməyi ilə informasiyanın yazılması üçün istifadə olunub.

"DVD" və "Blu-Ray" formatlı məlumat daşıyıcılarından fərqli olaraq, fiziklər yazılmış informasiyanın sıxlığı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa nail olublar.

Prototip qurğuya yazılan informasiyanın sıxlığı "Blu-Ray" ilə müqayisədə 100 min dəfə yüksək olub. Bundan başqa, müəlliflər bildiriblər ki, çipdəki informasiya qeyri-məhdud sayda yenidən yazıla bilər.

Milli.Az


Teqlər:  Yeni tip məlumat daşıyıcısı çiplər yaratdılar



RƏYLƏR


Top xəbərlər