“Çudo Peçka” mağazalar şəbəkəsində çalışan işçilər 8
aydır ki, əmək haqlarını ala bilmirlər.
İşçilər Modern.az saytına açıqlamalarında şirkətin rəhbəri Anar
Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını deyiblər.
“8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə Anar Cəlilova
etirazımızı bildirmişik. Bizə deyir ki, “3 gündən bir gəlib 20
manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm”.
Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə
qalanlarımız var. İşığın, qazın pulunu necə verək? Necə dolanaq 20
manatla?”.
İşçilər “Çudo Peçka”nın müflis olduğunu da
bildiriblər.
““Çudo Peçka” şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar
Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa
hazırlaşır. Ona görə də işçilərin əmək haqlarını verməyi
düşünmür”.
İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.
Qeyd edək ki, baş verənlərlə bağlı “Çudo Peçka” mağazalar
şirkətinin sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis
bölməsinə çağrılıb.
Xatırladaq ki. Anar Cəlilov daha əvvəllə müğənni Röyanın keçmiş
həyat yoldaşı kimi tanınmışdı.