Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Millimizin baş məşqçisi: "Heç kimdən geri qalmırıq”

Millimizin baş məşqçisi: "Heç kimdən geri qalmırıq”

Date: 28 October 2016 09:32

"Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək, yaxşı komanda olduğunu  sübut edib".

Milli.Az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycanın U-17 milli komandasının baş məşqçisi Vüqar Məmməd deyib.

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda II turda Avstriya ilə qarşılaşan yeniyetmə futbolçularımız 1:3 hesablı məğlubiyyətə üzülüblər.

Matçdan sonra komandanın baş məşqçisi fikirlərini affa.az saytı ilə bölüşüb: "Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər".

Milli.Az


Tags:  Millimizin baş məşqçisi Heç kimdən geri qalmırıq

RƏYLƏR


Top news