Apple yeni MacBook Pro-ları göstərdi - VİDEO - FOTO

Apple yeni MacBook Pro-ları göstərdi - VİDEO - FOTO
09:42 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Apple korporasiyası dünən Kupertino şəhərindəki baş ofisində yeni MacBook Pro noutbukunu təqdim edib.

Milli.Az bildirir ki, klaviaturanın yuxarı hissəsində əlavə ekranı olan yeni MacBook pro-da Touch Bar panelini bir sıra funksional klavişlər əvəzləyir. Bu klavişlərdə sistem barədə informasiya və ya müxtəlif proqramlar təmsil olunur.

Bundan başqa, panelin sağ hissəsində Apple Pay vasitəsilə alış-veriş etməyə imkan verən TouchİD barmaq izi skaneri var.

Retina displeyin parlaqlığı 67 faiz artırılıb. MacBook Pro-nun daha güclü versiyası 4 nüvəli Intel Core i7 prosessoru, 4 qiqabayt yaddaşlı AMD Radeon Pro diskret videokartı ilə təchiz olunub.

13 düymlü dispeyli versiyada Intel Core i5 və i7 prosessorları, habelə Intel Iris qrafik çipi var. Noutbukda USB Type-C tipli 4 port və 3,5 millimetrlik qulaqcıq yeri var.

Yeni MacBook Pro noutbuku 13 və 15 düymlük displeylərlə, boz "polad" və qara rəngdə istehsal ediləcək.

Noutbuklar əvvəlki versiyalarla müqayisədə xeyli yüngülləşib. Belə ki, 13 düymlük versiyanın qalınlığı 14,9 millimetr, çəkisi 1,3 kq; 15 düymlük versiyanın qalınlığı 15,5 millimetr, çəkisi 1,8 kiloqramdır.

Bundan başqa, "sadə" MacBook Pro da təqdimm olunub. Bir sıra funksional klavişləri olan bu noutbuk 13 və 15 dyümlük displeyli variantlara malikdir.

Yeni MakBook Pro noutbuklarının satışları dünən başlanıb.

Milli.Az






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/483900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR