Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın sığorta bazarı 15% böyüyüb

Azərbaycanın sığorta bazarı 15% böyüyüb

Date: 28 October 2016 09:47

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkətinin xətti ilə 390 mln. manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 mln. manat və yaxud 15,1% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 167 mln. manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 31% çoxdur.
9 ay ərzində həm könüllü, həm də icbari sığorta növlərində müsbət dinamika müşahidə olunub. Belə ki, könüllü sığorta növləri üzrə daxilolmalar 18,7%, ödənişlər isə 32,2% artaraq, müvafiq olaraq 250,8 mln. manat və 125,4 mln. manat olub. İcbari sığorta növləri üzrə daxilolmalar isə 9%, ödənişlər isə 27,7% artaraq müvafiq olaraq 140 mln. manat və 41,5 mln. manat təşkil edib.
Hesabat dövründə toplanmış sığorta haqlarının 29,7%-i və ya 116 mln. manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4%, ödəniş isə 1,9 dəfə artıb. Həyat sığortasındakı yığımların 52,7%-i və ya 61 mln. manatı həyatın yaşam sığortasının, 24%-i və ya 27,8 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1%-i və ya 26,9 mln. manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artıb.
Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9%, ödənişlər isə 1% artıb. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8% və 26,1% artıb. Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməyib və sığorta ödənişləri edilməyib.

Cari ilin 9 ayı ərzində ümumi ödənişin 75,1%-i könüllü sığorta növlərinin, 24,9%-i isə icbari sığorta növlərinin payına düşüb.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövründə 37,6 manat təşkil edib. 

Tags:  Azərbaycanın sığorta bazarı 15 böyüyüb

RƏYLƏR


Top news