Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu komandanın təlim-məşq bazası olan "Florya Mətin Oktay Təsisləri"ndən köçəcək. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, artıq klubun yeni bazasının ünvanı dəqiqləşib.
"Sarı-qırmızılar" iki mövsüm ərzində Uskumruköy məntəqəsində məskunlaşacaq. Ərazi "Türk Telekom Arena"dan təxminən 23 km uzaqlıqda yerləşir.
Buraya köçdükdən sonra komandanın baş məşqçisi və legioner futbolçuları da hazırda yaşadıqları evlərdən çıxmalı olacaq. Səbəb məsafənin uzaq olmasıdır.