Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib
10:07 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) açıq tender elan edib.
“Report”un məlumatına görə, tender 2 lot – inventarların və xüsusi geyimlərin alınması üzrə keçirilir. Hər lot üzrə iştirak haqqı 150 manatdır. 
İddiaçılar lazımi sənədləri dekabrın 2-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 9-na qədər DFNX-ya (Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov küçəsi, 7A) təqdim etməlidirlər. 
Təkliflərə dekabrın 12-də iddiaçıların və yaxud onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə adı çəkilən ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/dovlet-fitosanitar-nezareti-xidmeti-tender-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR