İNANILMAZ: 90 il öncə Bermud üçbucağında itmiş gəmi geri qayıtdı – VİDEO

Artıq 200 ildir Bermud üçbucağı öz sirli dünyası ilə insanların maraq dairəsindədir. Bu ərazidən keçən təyyarə və gəmilər sirli şəkildə yoxa çıxır, ölənlərin cəsədləri belə tapılmır. Bermud üçbucağı üzərindən keçərkən astranavtlar cihazlarda rabitənin kəsildiyini və pozuntular qeydə alındığını bildirirlər. Mütəxəssislərin bir hissəsi qeyd edirlər ki, Bermud üçbucağında gəmilərin batmasına səbəb okeanın dibindəki maddələrin hidrat qazları yaratmasıdır. Hidrat qazları sabun köpüyü kimi okean sularını qaynadır və suyun sıxlığı dəyişir. Bu da istənilən üzən vasitənin bir an içərisində batmasına səbəb olur. Bu nəzəriyyəni bəlkə də qəbul etmək olardı. Lakin okeanın üzərindən uçan təyyarələr barəsində nə demək olar? 1945–ci ildə Bermud üçbucağı üzərindən uçan “Teylor” adlı təyyarənin pilotunun fəlakətddən öncəki son sözləri bu olmuşdu – Onlar bizə bənzəyirlər. Aman tanrım, biz batırıq!

Bəzi ekspertlər qədim Atlantida sivilizasiyasının məhz Bermud üçbucağında yerləşdiyini düşünürlər. Daha cəsarətli ekspertlərin fikrinə görə, Atlantida sakinləri daha irəli texnologiyaya malik olublar. Və bu sivilizasiyadan qalan güclü energetikaya malik hansısa mexanizmlər hələ də fəaliyyət göstərmiş ola bilər ki, bu da ərazi üzərindən uçan bütün təyyarələrə, gəmilərə öz mənfi təsirini göstərir.

Üstəlik fəlakətə uğrayan bütün təyyarələrin pilotlarının son sözlərinə görə, onları sirli duman, qəribə şüalar əhatə edir.

Bu günlərdə Kuba sahil Mühafizə xidməti 90 il əvvəl Bermud üçbucağında yoxa çıxmış gəmini Karib dənizi sahillərində tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, tapılan gəmi 1925-ci il dekabrın 1-də müəmmalı şəkildə yoxa çıxmış “Cotorpxi” Amerika gəmisidir.

Gəmidə aparılan axtarışlar nəticəsinndə gəmi kapitanının gündəliyi taplıb. Lakin gündəlikdə fəlakətə dair heç bir məlumat verilməyib. Sadəcə fəlakət siqnalı verildiyi qeyd olub. (Turkustan.info)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR