Qvardiola "Real"ı niyə rədd etdi?

Qvardiola "Real"ı niyə rədd etdi?
10:32 28 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ı haqqında maraqlı iddia səsləndirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" Rafael Benitezlə yolları ayırdıqdan sonra Xosep Qvardiolaya təklif göndəribmiş.

Bu barədə katalon məşqçinin yaxın dostu və bioqrafı Marti Perarnau açıqlama verib. O bildirib ki, madridlilər Pepin meneceri ilə əlaqə saxlayıblar. Lakin "Barselona"nın keçmiş oyunçusu və baş məşqçisi əzəli rəqiblərinin bu təklifini qətiyyətlə geri çevirib.
 
Daha sonra isə məlum posta Zinəddin Zidan təyin edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR